Mənəvi Dəyərlərin Təbliği Fondu müsabiqə elan edir

Müsabiqənin əsas məqsədi Azərbaycanda yerləşən müxtəlif, xüsusilə az bilinən tarixi-dini abidələrin geniş auditoriya kütləsinə təbliği, müxtəlif bölgələrimizdə yerləşən, keçmişimizin izlərini özündə əks etdirən abidələrin gənclər tərəfindən daha çox öyrənilməsi, eləcə də qalib elan edilən materialların müxtəlif internet resurslarında xarici dillərdə (rus və ingilis dillərində) yayılmasını həyata keçirməkdir. SİA-nın verdiyi məlumata görə, müsabiqəyə təqim olunan materiallar 3 formatda (video, şəkil və mətn) qəbul ediləcək:

1. Video (1920x1080; 16:9 ratio; müddət 3-4 dəq, on-off və ya digər maraqlı təqdimatlarda ola bilər);

2. Şəkil (12.5 megapixel; image resulation 4080x3072; 10.24” x 13.6” at 300 dpi; şəkil sayı 10 ədəd)

3. Mətn (TNM 12, 1.5 aralıq, A4 vərəq, maksimum 3-4 səhifə)

Müsabiqədə iştirak etmək istəyən hər bir şəxs yalnız bir formatda və bir obyekt (abidə, məbəd və s) təqdim edə bilər. Göndərilən video və şəkil formatlarında təqdim edilən obyekt (abidə, məbəd və s.) mahiyyəti üzrə aydın formada olmalı, təqdim etdiyi obyektin tarixi, yerləşəmə yeri və müxtəlif rakurslardan görüntüsü əks olunmalıdır. Mətn formatında təqdim edilən material əhatəli və ictimaiyyət tərəfindən az bilinən abidə, məbəd və s. olmalıdır. Video və şəkillər elektron daşıyıcıda Fonda təqdim edilməlidir. Qaliblər pul mükafatları ilə mükafatlandırılacaq.

MÜKAFAT

I yer (bir nəfər)- 800 AZN

II yer (iki nəfər)- 600 AZN

III yer (üç nəfər)- 400 AZN

Hər biri 150 AZN olmaqla 5 həvələndirici mükafat

SON MÜRACİƏT TARİXİ: 7 Sentyabr 2020-ci il

Əlaqə:

Tel: 012-464-92-57 Email: mdtf.press@gmail.com

Feysbuk hesabı: Mənəvi Dəyərlərin Təbliği Fondu

Ünvan: Bakı şəhəri, Tbilisi pros.35 (ASK Plaza 4-cü mərtəbə)

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...