"Tibbi maska ilə yaşamağa öyrəşməliyik" ÖZƏL-MÜNASİBƏT

“Yeni tətbiq olunan sərt karantin qaydalarını koronavirus infeksiyasının yayılma sürətinin azaldılması baxımından vacib hesab edirəm”. Bunu SİA-ya millət vəkili Azər Badamov deyib.

Deputatın sözlərinə görə, indiki zamanda ancaq sərt karantin rejimi ilə insanlar arasında təması azaltmaq mümkündür: “Bundan əvvəl tətbiq olunmuş karantin rejimindən sonra həyata keçirilən yumşalmalar sübut etdi ki, biz şüurlu şəkildə qaydalara əməl edə bilmirik. Ancaq dövlət sərt addımlar atmalıdır ki, hər hansı bir müsbət nəticə əldə olunsun. Sivil dövlətlərdə aparılan maarifləndirmə tədbirləri ilə insanlar vəziyyəti dərk edir və hamılıqla qaydalara əməl edir. Amma çox təəssüf ki, biz özümüzü sivil adlandırsaq da həmişə qaydalardan yan keçməyə yollar axtarırıq. Belə yanaşmamız ağır nəticələrə gətirir. İndi tətbiq olunmuş karantin rejimi əbədi deyil və yenidən yumşalmalar ediləcəkdir. Amma yenə biz nəticə çıxartmasaq vəziyyət çətinləşə bilər. Tibbi maska ilə yaşamağa öyrəşməliyik. Hələki başqa yolumuz yoxdur. Hamı da birdəfəlik bunu başa düşməlidir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...