Putin 2036-cı ilə qədər hakimiyyətdə qalacağı qanun dəyişikliyinə səs verdi

Rusiya Prezidenti Vladimir Putin paytaxt Moskvada Rusiya Elmlər Akademiyasının binasında "2151" nömrəli qutuda yeni qanun layihəsi üçün səs verib. SİA xəbər verir ki, Rusiyanın Baş naziri Mixayl Mişustin səsvermənin Rusiyanın gələcəyini müəyyənləşdirdiyini bildirib.

O vurğulayıb ki, səsini ölkənin sosial və iqtisadi inkişafına, tarixinin, adət-ənənələrinin və dəyərlərinin qorunması lehinə verib.

Belə ki, konstitusiyaya yeni növ koronavirus epidemiyası ilə bağlı dəyişikliyə iyunun 25-də başlanılıb və səsvermə prosesi bu gün qutular bağlanandıqdan sonra yekunlaşacaq.

Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova səsvermə sisteminin seçicilər üçün olduqca rahat təşkil edildiyini və səsvermə zamanı ciddi pozuntular aşkar edilmədiyini söyləyib. Mərkəzi Seçki Komissiyasının açıqladığı məlumatlara görə, təxminən 110 milyon 500 min qeydə alınmış seçici var.

Rusiya Fikri Tədqiqat Mərkəzində keçirilən sorğunun nəticələrinə görə, ictimaiyyətin 76 faizi konstitusiya dəyişikliklərini təsdiqləyir, 24 faiz isə tənzimləməyə qarşıdır. Konstitusiya tənzimləməsini əhatə edən referendum Rusiya müxalifləri tərəfindən isə tənqid olunur.

Belə ki, konstitusiya dəyişikliyinə əsasən, 20 il hakimiyyətdə olan Putin üçüncü dəfə prezidentliyə namizəd ola bilər. Bu dəyişikliklə Vladimir Putinin 2036-cı ilə qədər prezident qalması mümkündür.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə