COVID-19-lu xəstələrin müalicəsində yeni ardıcıllıq tətbiq olunacaq
"Əgər simptomu olan şəxslər, özlərində COVID-19-un hər hansı bir əlamətini hiss edən şəxs poliklinikaya müraciət edə bilər. İndi tətbiq ediləcək ardıcıllıq belədir. Hansısa vətəndaş poliklinika ilə əlaqə saxlayır. Çox şəxsdə sahə həkiminin əlaqə telefonu da mövcuddur". SİA-nın verdiyi məlumata görə, bunu Səhiyyə Nazirliyinin aparatının rəhbəri Nadir Zeynalov deyib.
O bildirib ki, hazırda Bakı şəhəri və onun ətraf rayonlarında 39 COVID-19 məntəqəsi yaradılmışdır: "Müraciət edən şəxsin ünvanına xüsusi həkim briqadası gələrək analizlər götürəcəklər. Vəziyyətə nəzarət edəcəklər və təlimatlar veriləcək. Testin nəticəsi müsbət çıxarsa onun vəziyyəti müşahidə ediləcək və əgər simptomları yüngüldürsə sahə həkiminin nəzarətində müalicəsi evdə aparılacaq. Onun vəziyyəti ağırlaşarsa bu zaman təcili tibbi yardıma müraciət ediləcək. Xəstə müvafiq tibbi mərkəzdə müalicəyə götürüləcək. Poliklinikaya gələn şəxslər isə COVID-19 məntəqəsinə göndəriləcəklər. Orada bu xəstənin müayinəsi aparılacaq. Daha sonra o, xüsusi nəqliyyat vasitəsilə evinə çatdırılacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB