Üsamə Bin Ladeni satan şəxs məlum olub. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, "Əl-Qaidə" terror qruplaşmasının lideri Üsamə Bin Ladenin yeri bələdçi vasitəsilə məlum olub. Belə ki, Amerika kəşfiyyat orqanları Bin Ladeni qorumaq üçün bir neçə il əvvəl hazırlanmış evin yerini ötən il avqust ayında "Əl-Qaidə"yə bələdçilik edən bir nəfəri izləyərək aşkar ediblər.
Məlum olub ki, Üsamə Bin Laden bu bələdçiyə çox güvənir. Onun hətta Bin Ladenlə eyni evdə yaşaya biləcəyi ehtimal olunub. Evə yeganə giriş qorunan iki qapıdan mümkün olduğu, evdə telefon və internet naqillərinin çəkilmədiyini aşkar edən kəşfiyyatçılar, evin tullantısının heç vaxt yığılmadını və dərhal yandırıldığını müəyyənləşdiriblər.
Bu məlumatları əldə edən ABŞ prezidenti Barak Obama isə 29 aprel tarixində, ətrafı 5,5 metr hündürlükdə tikanlı məftillərlə hörülən evə əməliyyat təşkil edilməsi və Bin Ladenin yaxalanması barədə təlimat verib. Əməliyyat Amerika Dəniz Qüvvələrinə məxsus xüsusi seçilmiş "SEAL Team Six" qrupu tərəfindən təşkil edilib. Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Leon Panetta, seçmə qrup və yalnız bir neçə yüksək vəzifəli Amerika rəsmisinin xəbərdar olduğu bu gizli əməliyyatın detalları hələ ki bilinmir.
Qeyd edək ki, Bin Ladenin öldürüldüyü şəhər Pakistan ordusunun ən əhəmiyyətli mərkəzlərindən biridir. Şəhər paytaxt İslamabaddan 100-150 km aralıda yerləşir. Şəhərdə Pakistan ordusunun topçu, tankçı və mərmi birlikləri var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB