"Parlamentdə 5 işçi, 6 deputat koronavirusa yoluxub" Aparat rəhbəri

Ermənistan Milli Məclis Aparatı deputatlar arasında koronavirusun olması ilə bağlı bütün məlumatları yaymır. SİA xəbər verir ki, bu sözləri “Faktİnfo” müxbirinə verdiyi müsahibədə Milli Məclis Aparatının rəhbəri, icraçı katib Tiqran Qalstyan deyib.

Milli Məclis Aparatının rəhbəri, icraçı katib “parlament aparatı yalnız deputatların onlara ötürdüyü məlumatlara sahib olduğunu” qeyd edərək, “parlament üzvlərinin gəlmələrini tələb etdikləri qanuni standartların olmadığını” da ifadə edib.

Onun verdiyi məlumatlara görə, bu vaxta qədər təxminən 18 yoluxan və özünü təcrid edən deputat var.
"Məndə olan məlumatlara görə, yoluxanlar arasında aparatdan 5 işçi, 6 deputat var və təxminən 12 millət vəkili öz-özünü təcrid etmişdir", deyə Tiqran Qalstyan bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə