Türkiyənin Müdafiə Nazirliyi 26 İyun - Azərbaycan Silahlı Qüvvələr günü münasibətilə ölkəmizi təbrik edib. SİA xəbər verir ki, bununla bağlı Türkiyənin Müdafiə Nazirliyi rəsmi "Twitter" səhifəsindən paylaşım edib.
"Azərbaycanı Silahlı Qüvvələrinin yaranmasının 102-ci ildönümünü münasibətilə təbrik edirik. "Bir millət - iki dövlət" olduğumuz qardaşlarımızla hər zaman bir və bərabər olmağa davam edəcəyik” - deyə paylaşımda qeyd olunub.
Müəllif: Nigar Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB