İnterpol: “Üsamə ben Ladenin ölümü ilə əlaqədar terror aktları baş verə bilər”

İnterpol: “Üsamə ben Ladenin ölümü ilə əlaqədar terror aktları baş verə bilər”

İnterpol Üsamə ben Ladenin ölümü ilə əlaqədar mümkün terror aktları barədə xəbərdarlıq yayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, İnterpolun baş katibi Ronald Noubl təşkilata üzv ölkələri Üsamə ben Ladenin öldürülməsindən sonra mümkün terror aktları ilə bağlı sayıqlığı artırmağa çağırıb. Onun sözlərinə görə, "Əl-Qaidə" liderinin ölümü mümkün terror aktları ehtimalını artırıb və quruma üzv ölkələrin hüquq-mühafizə orqanları daha ayıq-sayıq olmalıdır.

 

Xatırladaq ki, Üsamə bin Laden Pakistanda keçirilən xüsusi əməliyyat nəticəsində öldürülməsi xəbərini ABŞ prezidenti Barak Obama təsdiqləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə