Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində Azərbaycanda Rusiyalı Gənclər Assosiasiyası (ARMA) və Rusəməkdaşlıq nümayəndəliyinin birgə təşkilatçılığı ilə "Beynəlxalq Ana və Torpaq günü" adlı gənclər konfransı keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Ekologiya Universiteti, İnnovasiya və Ekologiya Mərkəzi, alimlər, müəllimlər, mütəxəssislər, tələbələr, incəsənət xadimləri, QHT nümayəndələri, peşəkar birliklər, bələdiyyə nümayəndələri, beynəlxalq təşkilatlar və fondlar, media təmsilçiləri iştirak ediblər.
Tədbirin aparıcısı olan ARMA-nın Sumqayt filialının sədr müavini Marina Busyagina ilk növbədə Beynəlxalq "Ana və Torpaq günü"nün tarixi haqqında məlumat verib. Konfransda "Planet və torpaq –bizim ümumi evimizdir", "Mədəniyyət və ekologiya", "Azərbaycanda radiasiya fonu", "Bu gün və gələcəyin riskli faktorları", "Ekoloji təhsil" və digər mövzularla bağlı hesabatlar dinlənilib.
Daha sonra ekoloji mövzü ilə bağlı qısametrajlı filmlər nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB