Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 29-da saat 12.00-dan 12.35-dək, 12.55-dən 13.05-dək, 13.20-dən 13.30-dək, 13.45-dən 14.00-dək, 15.30-dan 15.35-dək, 15.45-dən 15.55-dək, 18.00-dan 18.10-dək və 19.05-dən 19.15-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli, Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən, aprelin 30-da saat 00.15-dən 00.20-dək və 00.15-dən 00.25-dək Ağdam rayonunun Cəvahirli və Qaraqaşlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə