"Münaqişənin ədalətli həlli Azərbaycanın xeyrinə olmalıdır" ÖZƏL-MÜNASİBƏT
"Əsas beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ konflikti ilə əlaqədar beynəlxalq hüquq normalarına, 1974-cü ildə imzalanmış "Helsinki" Yekun Aktına uyğun olaraq ölkəmizin ərazi bütövlüyünü dəstəkləyirlər. Konkret olaraq BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini, İslam əməkdaşlıq təşkilatının, Qoşulmama Hərəkatının, NATO-nun, bir çox Avropa institutlarının və digər regional təşkilatların bəyanatlarını göstərmək olar. Ancaq təəssüf ki, konfliktin bilavasitə həlli üçün təsis olunmuş ATƏT-in Minsk qrupuna daxil olan üç həmsədr ölkə 30 ilə yaxın müddətdə heç bir ciddi yadda qalan addımları ilə seçilməyiblər". Bunu SİA-ya millət vəkili Nəsib Məhəməliyev deyib.
Deputatın sözlərinə görə, çoxsaylı turist səfərləri və tez-tez bir-birini əvəzləyən diplomatların boş, mənasız, bəzi hallarda isə əhali arasında qıcıq doğuran bəyanatlardan bir addım belə uzağa gedə bilməyiblər: "Çünki, onların fəaliyyəti rus şairi Krılovun təmsilindəki "qəhrəmanları" xatırladır. Hər birisi yükü müxtəlif tərəfə çəkir. Münaqişənin ədalətli həlli beynəlxalq hüquqa görə Azərbaycanın xeyrinə olmalıdır. Bu səbəbdən Ermənistanı açıq şəkildə dəstəkləmək alınmır. Buna görə də bütün mümkün variantlardan istifadə edərək problemin həllini yubadırlar. Bu da ikili standartlardan irəli gəlir və hər üç ölkənin bölgədə mövcud olan geosiyasi maraqlarını da qeyd etməmək mümkün deyil. ATƏT-in Minsk Qrupunun həmsədrləri indiyə qədər Dağlıq Qarabağ ərazisində keçirilən seçki şousuna, qanunsuz məskunlaşmaya, Ermənistan vətəndaşlarının işğal olunmuş ərazilərdə xidmət keçmələrinə və digər hüquq pozuntularına vaxtında münasibət bildirsəydilər, təbii ki, qarşı tərəf bundan nəticə çıxarar və tezliklə Qafqaz regionunda sabitlik bərqərar olardı. Təəssüf ki, onlar vəzifələrinin öhdəsindən gəlmirlər. Düşünürəm ki, Azərbaycan ATƏT-in həmsədrlik institutundan imtina edərək, problemin həllini BMT-nin Baş Assambleyasına çıxarılmasına nail olmalıdır. Əks halda ATƏT-in turistləri, hələ uzun müddət vaxt uzatmaqla məşğul olacaqlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB