Yarasa qanadları ilə Paşinyanın üstünü örtdü... Ermənistanda nə baş verir?

Yarasa qanadları ilə Paşinyanın üstünü örtdü... Ermənistanda nə baş verir?

"Ermənistanda sabitlik yalnız bir xəyaldır. Təbii ki, bu biznes sektorunun görmək istədiyi mənzərə deyil. Müvafiq olaraq, ən azı bir sabitlik olmadığı təqdirdə, əsaslı iqtisadi inkişaf haqqında danışmaq çətindir. Xalq buna səy göstərsə də yenə qəfildən bir yerdən koronavirus meydana gəldi və yarasa ehtimal olunan iqtisadi perspektivləri də qanadları ilə örtdü". SİA xəbər verir ki, bu sözləri "Pravda.ru"ya müsahibəsində MDB Ölkələri İnstitutunun Ermənistan şöbəsi üzrə direktoru Aleksandr Markarov deyib.

Markarov - "İndi Ermənistanda nə baş verir? Xarici və daxili ziddiyyətlər və qalmaqallar niyə çoxalır? Ümumiyyətlə, koronavirus böhranına qədər respublikada müsbət dəyişikliklər olubmu? Yoxsa inqilab dalğasında hakimiyyətə gələn Baş nazir Nikol Paşinyanın çoxsaylı vədləri və nəhəng planları uğursuz oldu? - kimi suallara cavab verib.

O, jurnalistin - "Mövcud Ermənistan hökumətinin heç nəyi yaxşılığa doğru dəyişməməsinə baxmayaraq, əhali Nikol Paşinyanı populist hesab edir? Yoxsa sadə bir erməni vətəndaşı hələ də (əlbəttə ki, koronavirusdan əvvəl) həyatında hansısa irəliləyiş hiss etməyib? - sualına belə cavab verib: "Bu sualın cavabı sualı ünvanladığınız şəxsdən və onun polulizm anlayışından asılı olaraq dəyişəcək. Yəqin ki, bəzi yaxşılaşma hiss edə biləcək əhali kateqoriyası var. Söhbət kiçik və orta sahibkarlığın bir hissəsindən gedir, onlara daha çox hərəkət azadlığı verildi, lakin, hələ də bəlli deyil ki, bu vaxta qədər onların fəlaiyyətini vergilər istisna olmaqla nə məhdudlaşdırırdı?

Əhalinin bir hissəsinin maaşı artdı. Kimi üçün bu əhəmiyyətli, kimi üçün isə əhəmiyyətli deyildi.

Əsas sual budur ki, əhali bütövlükdə iqtisadi və sosial inkişaf perspektivlərini necə görür, bu istiqaməti doğru və inkişaf dinamikasını qənəətbəxş hesab edirmi?".

Markarov bildirib ki, Ermənistanda böyük işlərin həyata keçirilməsi üçün problemlər davam edir: "Söhbət sərmayə və ixracın artırılması, ümumilikdə inkişaf imkanlarından gedir. Lakin vəziyyət dəyişməyib. İndi məsələ, mövcud mövqeləri qorumaqdır, çünki, münaqişə ilə əlaqədar qeyri-müəyyənlik və məhkəmə sistemində anlaşılmaz fəaliyyət fonunda böyük bir sərmayədən söhbət gedə bilməz.

Buna görə də sabitlik yalnız bir xəyaldır. Təbii ki, bu biznes sektorunun görmək istədiyi mənzərə deyil. Müvafiq olaraq, ən azı bir sabitlik olmadığı təqdirdə, əsaslı iqtisadi inkişaf haqqında danışmaq çətindir. Xalq buna səy göstərsə də yenə qəfildən bir yerdən bir koronavirus meydana gəldi və yarasa ehtimal olunan iqtiadi perspektivləri də qanadları ilə örtdü" - deyə, o bildirib.

Belə ki, Markarov müsahibəsində Nikol Paşinyanın vədlərini yerinə yetirməkdə aciz qaldığını və planlarının uğursuz olduğunu bildirib.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə