Azerfon-Vodafone 10-cu Beynəlxalq Turizm və Səyahətlər Sərgisinin rəsmi kommunikasiya tərəfdaşıdır
Azerfon-Vodafone 28-30 aprel 2011-cu il tarixlərində Bakı şəhərində keçiriləcək 10-cu Beynəlxalq Turizm və Səyahətlər Sərgisinin rəsmi telekommunikasiya tərəfdaşıdır.
SİA-nın xəbərinə görə, "Bakı Ekspo" sərgi kompleksində təşkil olunacaq Turizm və Səyahətlər sərgisi "Bütün dünya. Bir sərgi" şüarı altında keçiriləcəkdir. 24 ölkəni təmsil edən 230 şirkətin iştirak edəcəyi gözlənilən sərgidə qonaqların diqqətinə müxtəlif səyahət proqlamlarını əks etdirən stendlər, rəngarəng əyləncə proqlamları, kulinariya şouları, dünya xalqlarının rəqsləri, eləcə də təsviri incəsənət və dulusçuluq işləri təqdim olunaqdır.
Sərgi zamanı qonaqlar Azerfon-Vodafone tərəfindən təqdim edilən rouminq və 3G texnologiyası üzrə müxtəlif məhsul və xidmətlərlə də tanış ola bilər, 3G kamera, MiFi və yüksəksürətli 3G data kartlarını test imkanını əldə edəcəklər.
Artıq iki ildir ki, Azerfon-Vodafone "İteca Caspian" tərəfindən Azərbaycanda təşkil edilən beynəlxalq sərgilərin rəsmi telekommunikasiya tərəfdaşıdır. Bu tərəfdaşlığa əsasən, Azerfon-Vodafone Bakıda keçiriləcək 24 beynəlxalq sərgiyə dəstək olacaq və bu sərgilər zamanı 3G texnologiyası üzrə məhsul və xidmətlərini təqdim edəcəkdir.
Səyahət arzusunda olan hər kəs bu sərgiyə gələrək müxtəlif ölkələrin təbiəti, mədəniyyəti, görməli yerləri, mətbəxi, adət-ənənələri ilə yaxından tanış ola bilərlər.Sərgi iştirakçıları həmçinin bu ölkələrə təşkil olunan tur və marşrutlar haqqında məlumat ala və virtual "səyahətlər" edə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB