Müsavatçılar niyə təhqirlərə susurlar? TƏRS BAXIŞ

Müsavatçılar niyə təhqirlərə susurlar? TƏRS BAXIŞ

Və ya susmaq razılıq əlamətidir

AXCP rəyasət heyətinin sonuncu “zoom” toplantısında Müsavat partiyasının rəhbərliyinə qarşı təhqirli ifadələrin işlədilməsi daxili siyasi gündəmin danışılan mövzusuna çevrilib. SİA xəbər verir ki, Əli Kərimlinin də iştirak etdiyi virtual iclasda rəyasət heyətinin üzvü Məmməd İbrahimin və digərlərinin müsavatçıları həqarətli şəkildə ittiham etmələri həm də belə nəticəyə gəlməyə zəmin yaradır ki, bu məsələnin arxasında bilavasitə AXCP sədrinin sifarişi dayanıb.

Biz qarşı tərəgin – Müsavat partiyasının yetkililəri ilə əlaqə saxlamağa çalışdıq və onların da münasibətlərini öyrənmək istədik. Yalnız Müsavat partiyasının başqan müavini Osman Kazımov rayonda olduğunu bildirərək, Bakıya geri döndükdən sonra müfəssəl açıqlama verəcəyini bildirdi və sadəcə, “gərək cəbhəçilər müsavatçıları təhqir etməzdilər” ifadəsi ilə kifayətlənədi.

Müsavat partiyasının başqanı Arif Hacılı, partiyanın icra aparatının rəhbəri Gülağa Aslanlı telefonlara cavab vermədilər.

Mustafa Hacıbəylinin illər əvvəl “Hirsləri soyuyandan sonra Müsavat partiyasına müraciət edəcəklər və biz o zaman bu müraciəti dəyərləndirəcəyik" proqnozu özünü doğrultmadı...

Maraqlı məqamlardan biri isə budur ki, Müsvat başqanın müşaviri, Arif Hacılının qardaşı Mustafa Hacıbəylinin telefon nömrəsinə zəng edərkən o öz səsi ilə olsa belə, bunu inkar etdi və “səhv düşdüyümüzü” bildirdi. Artıq bütün nbunlardan sonra belə bir təəssürat yaranmağa başlayıb ki, müsavatçılar cəbhəçilərin onlara qarşı başlatdıqları söyüş və təhqir kampaniyalarına susqunluqla cavab vermək niyyətindədirlər. Həqarətlərə susmaq isə istər-istəməz belə bir kəlamı xatırladır – susmaq razılıq əlamətidir...

Xatırladaq ki, Müsavat partiyası hələ 2013-cü ildə “Milli Şura”mım sralarını tərk etdikdən sonra AXCP bu partiyaya qarşı geniş miqyaslı söyüş və təhqir kampaniyasına başlamışdı. Məhz həmin dönəmlərdə də M.Hacıbəyli dmeişdi ki, AXCP Müsavat partiyasına qarşı təbliğat aparmaqda davam edir. “Qoy davam etsinlər. Hirsləri soyuyandan sonra əvvəlki illərdə olduğu kimi yəqin ki yenidən birgə mübarizə üçün Müsavat partiyasına müraciət edəcəklər və biz o zaman bu müraciəti dəyərləndirəcəyik". Lakin göründüyü kimi, hələ bir neçə il əvvəl onun verdiyi proqnozları özünü doğrultmadı və fakt budur ki, Əli Kərimlinin rəhbərliyi ilə onlara qarşı sözügedən lampaniya bütün sürəti ilə davam etməkdəir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə