“Sosial şəbəkələrin daha çox mənfi tərəfləri var” RƏY-ÖZƏL

Sosial şəbəkələrin nəzarətə götürülməsi ilə bağlı dünyanın əksər ölkələri çağırışla çıxış edir, hətta bəzi dövlət başçıları artıq bununla bağlı sərəncamda imzalayıblar. Təəccüblüdür ki, Azərbaycan müxalifətinin radikal qanadı bununla bağlı hay-küy salıb, yeri gəldi, gəlmədi açıqlamalar, bəyanatlar verirlər. Sual yaranır, onların narahatçılığını nə ilə izah etmək olar?

Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov “Səs” qəzetinə açıqlamasında bildirdi ki, bu gün dünyada sosial şəbəkələr özünün müsbət tərəfi ilə yanaşı eyni zamanda mənfi tərəflərini də göstərməyə başlamışdı: “Xüsusən də sosial şəbəkələr vasitəsilə terror, kriminal, dini cərəyanlar, millətçi ekstremizm, siyasi cinayətlər və. s bu kimi qeyri leqal əməllərə xidmət edən qruplar öz istəklərini geniş surətdə maneəsiz həyata keçirməyə çalışırlar. Məhz bu əməllərə qarşı dünyanın əksər ölkələrində artıq sosial şəbəkələrə nəzarətlə bağlı çağırışlar eşidirlər. Hesab edirəm ki, haqlı çağırışlardır. Bu gün virtual dünya artıq həyatımızın əsas predmetinə çevrilib və real həyatımızla paralellik təşkil edir. Əgər real həyatımızda yuxarıda saydığım əmələr cinayət hesab olunursa və qanunlarla buna qarşı ölçü götürülürsə niyə bu virtual aləmdə də olmamalıdır? Əslində bu gün həmin cinayətlər virtual aləmə də şamil olunur. Lakin bu real həyatda mövcud nəzarət qədər deyildi. Hesab edirəm ki, gələcəkdə virtual aləmə də nəzarət edəcək xüsusi xidmət orqanları yaradılacaqdır. O ki, qaldı bizim "müxalifət generallarına" hansı ki, artıq başlayıblar buna qarşı hay-küy salmağa onlarla məsələ aydındır. Baxın oturublar evdə heç bir iş görmürlər, üzərilərində işləmirlər, maliyyələri gəlir, təminatları var otururlar səhərdən axşama qədər sosial şəbəkələrdə xaricdəki havadarlarının yaratdıqları virtual TV-də başlayırlar qara yaxdı, dedi-qodu, boş-boş analizlər və s. danışmağa. Artıq o qədər buna aludə olublar ki, özlərini virtual hökumət hiss edirlər”.

A.Xəlilovun sözlərinə görə, müxalifətə elə gəlir ki, hami bunlara inanır və arxalarında minlərlə insanlar var: “Reallıqda isə özlərinin yaratdığı trollardı əksəriyyəti. Söyüş kompaniyası aparmaqla baxış sayı artıraraq maliyyə vəsaiti əldə etmək mübarizə deyil. Təbii ki, bilirlər kİ, sosial şəbəkələrdə nəzarət mexanizmi yaradılarsa və beynəlxalq müqavilələr imzalanarsa söyüş kompaniyası aparan, dövlətçiliyə qarşı çağırışlar səsləndirən şəxsləri cinayət məsuliyyəti gözləyəcək. Ona görə də indidən hay-küy qopararaq özlərinin söyüş kompaniyasını demokratik mübarizə adlandıraraq bu olarsa demokratiyaya, fikir azadlığına qarşı bir qəsd kimi qələmə verməyə çalışırlar. Ümumən isə sosial şəbəkələrə nəzarət olunması qeyd etdiyim kimi əsas bu gün dünya üçün təhlükə yaradan terrorizm, dini ekstremizmə nəzarət üçün yaradılır və bu çox vacibdir. Mən bir məsələni də başa düşmürəm əgər sosial şəbəkələrdə bu gün insan alverinin təşkilatçıları çox geniş şəbəkə yaradaraq fəaliyyət göstərirsə və buna qarşı da mübarizə üçün nəzarət mexanizmi yaradılmalıdırsa bundan niyə müxalifət narahat olmalıdır ki?”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə