“Azərbaycanın müsbət reputasiyası var” ÖZƏL-MÜNASİBƏT

Azərbaycan bir neçə maliyyə qurumları ilə əməkdaşlıq edir ki, bunların içərisində iri korparasiyalar da var və həmin beynəlxalq qurumlara Azərbaycanlıqla əməkdaşlıqlar faydalıdır. Bu sözləri SİA-ya müsahibəsində “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Mərkəzin rəhbəri qeyd edib ki, həmin qurumlara ölkəmizlə əməkdaşlıq ona görə faydalıdır ki, ayrılan kreditlər vaxtlı-vaxtında ödənilir və Azərbaycanın buna imkanı çatır.

“Azərbaycan o ölkələrdən deyil ki, hardansa kredit və ya borc alıb onu qaytara bilməsin. Bütün beynəlxalq maliyyə qurumları da bilir ki, Azərbaycanın kifayət qədər maliyyə resursları var. Bilirlər ki, Neft Fondunda ən azı 50 milyard dollara yaxın pul var və biz heç kimə borclu qalmayacağıq. Hətta indiki ağır vəziyyət olsa da, epidemiya ilə bağlı bütün ölkələrin iqtisadiyyatı ağır vəziyyətdə olsa da, Azərbaycana da bunun müəyyən qədər mənfi təsiri olsa da yenə də görürük ki, beynəlxalq maliyyə qurumları Azərbaycana kreditlər ayırırlar. Çünki, bilirlər ki, neçə illərdir, Azərbaycanın müsbət reputasiyası var və Azərbaycan aldığı kreditləri vaxtlı-vaxtında faizi ilə də qaytarır. Azərbaycanın bu kreditləri almaqda məqsədi isə müxtəlif sosial və iqtisadi layihələri reallaşdırmaqdır. Baxmayaraq ki, yenə də təkrar edirəm epidemiya ilə bağlı müəyyən çətinliklər var, amma Azərbaycan prezidenti bu layihələrin birini də ixtisara salmır. Özü də deyir ki, əgər Azərbaycan sosial yönümlü dövlətdirsə, bütün bu sosial layihələr bütün çətinliklərə baxmayaraq həyata keçirilməlidir və bu layihələrin həyata keçirilməsi məqsədi ilə də beynəlxalq maliyyə qurumlarından kreditlər alır və bu kreditlər də zavod, fabrik, yeni müəssisələrin tikintisinə, yeni iş yerlərinin açılmasına istiqamətlənir”, deyə Elxan şahinoğlu bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...