Misirdə qaz anbarında partlayış olub, yoxsa partladılıb?

Misirdə qaz anbarında partlayış olub, yoxsa partladılıb?
Misirdə Al-Sabil təbii qaz anbarında partlayış olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, partlayış və yanğına görə Misir qazının xaricı ixrac olunduğu boru kəmərinin bağlanmasına zərurət yaranıb. Həlak olanlar haqqında heç bir məlumat yoxdur. Lakin qaz anbarına hücum olduğu bildirilir. Qeyd edilir ki, cari ilin mart ayında silahalılar tərəfindən Al- Sabil anbarının partlanmasına cəhd edilsə də həmin vaxt bunu etmək mümkün olmayıb.
Qeyd edək ki, həmin boru kəmərindən Misirdən İsrailə, Suriyaya, İordaniyay qaz ixrac edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə