Ermənistan regionda antirekorda imza atıb Yoluxmalar

Bir milyon insan başına hesablayarkən, Ermənistan koronavirusa yoluxma halına görə regionda rekordsmendir. SİA xəbər verir ki, bu barədə ölkənin Razminfo saytının koordinatoru Karen Vratnesyan Facebook səhifəsində yazıb.

“Yeni növ koronavirusun müxtəlif ölkələrdəki statistikasının müxtəlif dəqiqliklərlə müəyyən edilməsini, Worldometer saytının və başqa mənbələrin hazırkı məqama olan məlumatlarının elə də etibarlı olmadığını anlayaraq, yenə də həmin saytın məlumatını yazacağam”, qeyd edən Vratnesyan Ermənistanda yoluxmaların sürətlə artmasına işarə edərək onu da yazıb ki, bu birmənalı şəkildə onların müəyyən etmək istədikləri rekord deyil: “Bundan əlavə, əgər Gürcüstandakı göstəriciləri də nəzərə alarsaq, onda bu dəhşətdir. Bəli, Gürcüstanda infeksiyaya yoluxanların sayı 10 dəfə azdır.

Digər tərəfdən, Ermənistanın Gürcüstandakı göstəriləri ilə müqayisə edərsək görərik ki, ötən gün Gürcüstanda 8 yeni yoluxxma baş verib, Ermənistanda isə +335. Baxmayaraq ki, gürcülər bizdənmentalitet, ya da temperament, sosial münasibət modelində elə də güclü fərqlənmirlər. Sərnişin axını və ölçüsü fəallığı baxımından isə onlar bizdən daha riskli ərazidədirlər”.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə