"Ölkəmiz ən çətin məqamlarda belə sosial siyasət tempini azaltmır" AÇIQLAMA--ÖZƏL

"Ölkəmiz ən çətin məqamlarda belə sosial siyasət tempini azaltmır" AÇIQLAMA--ÖZƏL

“Azərbaycan dövləti cəmiyyətin sosial-iqtisadi rifahını lazımi səviyyədə qorumaq üçün maksimum səy göstərir. Pandemiya və iqtisadi çətinliklər dövründə növbəti DOST mərkəzinin açılması Azərbaycan dövlətinin bu çətin zamanda öz vətəndaşlarını tərk etməyəcəyinin daha bir sübutu idi”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Azərbaycanda DOST mərkəzlərinin yaradılması ilə yanaşı, digər sosial proqramların həyata keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini deyən politoloq söyləyib ki, DOST xidməti Azərbaycanda həyata keçirilən sosial dəstək tədbirləri sisteminə çox uyğun gəlir: “Xüsusilə də koronavirus pandemiyası dövründə on minlərlə insan bu mərkəzlərin fəaliyyətindən faydalanır: “DOST mərkəzləri sosial, xüsusilə də insanların gündəlik həyatda ehtiyac duyduğu xidmətlərə girişini asanlaşdırır”.

İ. Vəlizadə qeyd edib ki, qlobal pandemiya dövründə növbəti DOST mərkəzinin açılması, Azərbaycan dövlətinin mövcud çətin şəraitdə sosial siyasətini təxirə salmadığını əksinə, bu istiqamətdə addımlara daha çox üstünlük verdiyini söyləməyə imkan verir: “Bu bir daha sübut edir ki, Azərbaycan dövləti ən çətin məqamlarda belə sosial siyasət tempini azaltmır, əksinə, bu istiqamətdə addımlara daha çox üstünlük verir”.

Azərbaycanın yeni növ koronavirusla mübarizə istiqamətində digər ölkələrə yardım etdiyini xüsusi vurğulayan politoloq deyib ki, ölkəmiz pandemiya ilə mübarizədə Ümumdünya Səhiyyə Təşkilatına kömək etməklə yanaşı, həm də yaranan vəziyyətdən çətinliyə düşən digər ölkələrə də öz töhfəsini verir: “Azərbaycan çətin iqtisadi şəraitdə dünya ölkələrinə mübarizə modeli ortaya qoydu. Prezident İlham Əliyevin pandemiya dövründə irəli sürdüyü təşəbbüslər ölkəmizin dünya arenasında rolunu daha da artırdı”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə