"Ölkəmizin humanist siyasəti əməldə sübut edilir” AÇIQLAMA-ÖZƏL

"Ölkəmizin humanist siyasəti əməldə sübut edilir” AÇIQLAMA-ÖZƏL

“Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakının Nizami rayonunda yerləşən 3 saylı DOST mərkəzinin açılışında iştirak edib və orada Azərbaycan Televiziyasına müsahibəsində bir sıra önəmli məqamlara toxunub”. Bu fikirləri SİA-ya açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.

O bildirib ki, Azərbaycanda əhalinin sosial-rifah halının yüksəldilməsi, sosial məsələlərin həlli, həssas qrupların hərtərəfli dövlət qayğısı ilə əhatə olunması istiqamətində görülən işlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzindədir: “Təsadüfi deyil ki, bu istiqamətdə həyata keçirilən tədbirlər ölkəmizdə etibarlı sosial müdafiə sisteminin formalaşmasına imkan yaradıb. Eyni zamanda, son illərdə icra olunan sosial islahatlar proqramının əsas hədəfi dövlət sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin təmin edilməsidir”.

Politoloq xüsusilə qeyd edib ki, COVİD-19 koronavirus pandemiyası ilə əlaqədar olaraq belə bir çətin şəraitdə əhalinin sosial təminatı, pandemiyanın törətdiyi iqtisadi fəsadların aradan qaldırılması ilə yanaşı, Azərbaycan bir sıra xarici ölkələrə yardım da edir: “Bu günə qədər Azərbaycan tərəfindən 3 ölkəyə, o cümlədən üç beynəlxalq təşkilata yardım göstərilib. Ölkəmiz təyyarələrlə yüzlərlə ton yardımlar göndərib. Azərbaycanda istehsal olunan dezinfeksiya vasitələri, qoruyucu vasitələr və digər əşyalar göndərilib. Bu, Azərbaycanda aparılan siyasətin tərkib hissəsidir”.

Azərbaycan xarici siyasət istiqamətində hər zaman əməkdaşlığa üstünlük verildiyini söyləyən İ. Hüseynov vurğulayıb ki, ölkəmiz ən çətin vəziyyətlərdə yaxın qonşuluqda yerləşən və digər ölkələrə kömək əlini uzatdıb: “Ölkəmizin bir neçə önəmli transmilli layihəsi məhz bu prinsip əsasında qurulub və uğur da məhz bu prinsip əsasında qazanılıb. Ölkəmizin səkkiz il bundan əvvəl 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi seçilməsi və Qoşulmama Hərəkatının yekdil qərarı, 120 ölkəsinin qərarı ilə sədr seçilməsi bunun əyani sübutudur. Ona görə ki, Azərbaycan xarici siyasətdə qarşılıqlı dəstəyə sözdə yox, əməldə riayət edir. Ölkəmizin nümayiş etdirdiyi həmrəylik əməldə sübut edilir”.

Ekspert eyni zamanda vurğulayıb ki, Azərbaycan indi iki təşkilata sədrlik edir və bu iki təşkilatın Zirvə görüşü ölkəmizin təşəbbüsü ilə keçirilib: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Türk Şurası və Qoşulmama Hərəkatı Zirvə görüşləri ən yüksək səviyyədə keçirilmişdir. Qoşulmama Hərəkatının və Türk Şurasının yekun bəyannaməsində Azərbaycanın xüsusi rolu qeyd olunub”.

Politoloq əlavə edib ki, Azərbaycanın dünya miqyasında çox böyük hörmətə və yüksək imicə malik olmasında cənab Prezident İlham Əliyevin xüsusi xidmətləri var: “Ümumdünya Səhiyyə Təşkilatı dövlət başçısının COVİD-19 koronavirus pandemiyası ilə görülən işləri yüksək qiymətləndirib və Azərbaycanı nümunəvi ölkə adlandırıb. Bu, cənab Prezident İlham Əliyevin gördüyü işlərə verilən böyük qiymətdir. COVİD-19 koronavirus pandemiyası dövründə ölkəmizin başçısına vətəndaşlarımız tərəfindən minlərlə minnətdarlıq məktubu gəlmişdir. Ölkəmizdə həyata keçirilən sosial islahatlar, vətəndaşların rifahının yüksəldilməsinə xidmət edən sosial paket vətəndaşlarımız tərəfindən yüksək qiymətləndirilir və təqdir edilir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə