"Ermənistan artıq bəyan etməlidir ki, danışıqlarda iştirak etmir" ÖZƏL - MÜNASİBƏT

"Ermənistan artıq bəyan etməlidir ki, danışıqlarda iştirak etmir" ÖZƏL - MÜNASİBƏT

"Nikol Paşinyanın psixi vəziyyəti normal və adekvat deyil. Çünki, bu şəxs ardı-arası kəsilmədən biri-birinə zidd olan bəyanatlar səsləndirir". Bu sözləri SİA-ya açıqlamasında Qərb Universitetinin "Siyasi Elmlər" kafedrasının müdiri, siyasi məsələlər üzr ekspert Fikrət Sadıxov Ermənistanın Ba naziri Nikol Paşinyanın danışıqlara zidd olan fikirlər səsləndirməsi ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, artıq, dəfələrlə Paşinyanın bu fikirləri və danışıqlar prosesinə zidd olan hərəkətləri ilə üz-üzə gəlmişik, lakin, Paşinyan belə davranmağa davam etdiyi halda danışıqlar prosesini aparmaq mümkün olmayacaq:

"Zaman bizə göstərdi ki, Nikol Paşinyanın psixi vəziyyəti normal və adekvat deyil. Çünki, bu şəxs ardı-arası kəsilmədən biri-birinə zidd olan bəyanatlar səsləndirir. Digər tərəfdən o, ümumiyyətlə axır vaxtlar danışıqlara zidd olan bəyanatlar səsləndirməklə yanaşı həm də faşist ideologiyası ilə bağlı da mövqeyini bildirir. Bu adamın sözlərindən belə çıxır ki, bütün bundan əvvəl aparılan danışıqlar birmənalı şəkildə boş idi və heç bir məqsədə uyğun deyildi. Bu şəxsin sözləri ilə danışıqları mənasızdır və belə davam etdiyi halda danışıqların aparılması bundan sonra da heç bir nəticə verməyəcək. İndi Paşinyan sadəcə bəyan etməlidir ki, danışıqlarda iştirak etməkdən imtina edir. Təbii ki, bununla yanaşı Azərbaycan da bəyan edə bilər ki, Ermənistan tərəfi ilə danışıqlar aparmaq mümkün deyil. Belə olduğu halda biz digər yollardan istifadə etməyə hazır olacağıq, əslində biz artıq buna hazırıq".

Fikrət Sadıxov bildirib ki, ölkəmizin bunun üçün kifayət qədər gücü mövcuddur və bizim hərbi təlimlərimiz də bunu təsdiq edir:

"Biz əbədi olaraq Paşinyanın sərsəm bəyanatlarını qulaq ardına vurmayacağıq. Hamı kimi Paşinyan və Ermənistan tərəfi də bunu bilməlidir. Paşinyanın bu hərəkətləri artıq, Ermənistan cəmiyyəti tərəfindən də etirazlarla qarşılanır. Ermənistan cəmiyyətində Paşinyan tənqidlərlə üzləşir. Çünki, artıq, bir sıra ekspertlər, siyasətçilər ona qarşı konkret tənqidi ifadələr səsləndirirlər. Paşinyanın bu hərəkətəri və özünü bir siyasətçi kimi belə aparması onun üçün çox acınacaqlı şəkildə nəticələnəcək. Onun Ermənistanda hakimiyyətdə qalması uzunmüddətli olmayacaq".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə