Yaponiya höküməti yeni paytaxt salmaq niyyətindədir

Yaponiya höküməti yeni paytaxt salmaq niyyətindədir
Yaponiya höküməti yeni paytaxt salmaq imkanlarını nəzərdən keçirir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, əgər fəlakət ölkənin paytaxtı Tokioya gəlib çatarsa, o zaman yeni paytaxt lazım olacaq. Hökümət ən azı iki ehtiyat obyekti yaratmaq niyyətindədir. Hazırda Yaponiyanın parlamentində 200 hökümət və müxalifət deputatları 50 min nəfər əhalisi olan yeni yaşayış məntəqələrinin yaradılması haqqında qanun layihəsi hazırlayırlar. Onlar tikintini cari ildə başlamağı planlaşdırırlar.
Yaponiya mətbuatının məlumatına görə, paytaxt salmaq üçün alternativ yer Nagoya və Osaka beynəlxalq hava limanı ətrafındakı rayondur. Yeni paytaxtın tikilməsini zəruri edən amil hazırki paytaxtın seysmik zonada yerləşməməsidir. Əgər təbii fəlakət baş verərsə, o zaman paytaxtda yerləşən hökümət, Parlament, imperator və xarici nümayəndəliklərin tez bir zamanda ehtiyat şəhərə köçürülməsinə zərurət yaranacaq.
Ehtiyat paytaxtın tikilməsi ilə bağlı təklif sahibkarlar və ticarət palatasına təqdim olunub. Bildirilib ki, "Fikusima-1" Atom Elektrik Stansiyasında baş verən hadisəyə görə, Tokio təhlükəli şəhərə çevrilə bilər.
Qeyd edək ki, martın 11-də Yaponiyada 9 bal gücündə zəlzələ və sunami baş verib. Hadisə nəticəsində 14 mindən çox insan həlak olub.

Bütün xəbərlər Facebook səhifəmizdə