Faşist "Njde"və "Dro" barədə deyilən dəqiq faktlar - ŞƏRH ÖZƏL

Faşist "Njde"və "Dro" barədə deyilən dəqiq faktlar - ŞƏRH ÖZƏL

"Faşist Njde məsələsi Ermənistanı çətin duruma salıb. "Od parçası kimi yerə qoyur yer yanır, əlində saxlayır əl yanır". Prezident Əliyev Rusiya KİV-nə müsahibəsində məsələni yenə gündəmə gətirərək hücum diplomatiyasında səhifə açdı. 2019-cu ilin oktyabrında Aşqabad zirvəsində başlatdığı "Ermənistanın faşizmə pərəstiş" siyasətinin ifşasını qəti olaraq dünya rəyinə çevirdi. Zərbə o qədər ağır oldu ki, Ermənistan XİN-i Azərbaycan Prezidentinin müsahibəsinə qarşı ayrıca cavab bəyanatı ilə çıxış etdi, ancaq yalan və tutarsız arqumentlərlə". Bunu SİA-ya şərhində "Bakı Xəbər" Qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.

O bildirib ki, Ermənistan XİN-nin bəyanatından seçmələr və əks arqumentlər aşağıdakılar kimidir:

"1.Bəyanatda deyilir ki, qələbənin 75 illiyi dünyanın şərlə mübarizəsində xalqların birliyinə qiymət vermək üçün yaxşı fürsətdir. Yəqin dünya bu qeyri-səmimi mülahizəyə güləcək. Ermənistan nə vaxtsa dünyada xalqları birləşdirən hər hansı addımı atıbmı?
2.Bəyanatdan:"Tarixi yaddaş insan ləyaqətinin vacib dəyəridir". Onda saxta tarix yaradan erməniçiliyin ləyaqət ölçüsü hansı dəyər ola bilər?

3.Bəyanatdan:"Azərbaycan Prezidenti 75 illikdən aqressiv antierməni təbliğatı üçün istifadə etdi". Olmuş dəqiq faktı açmaq nə əsasla sui-istifadə sayıla bilər? 4.Bəyanatdan:"Erməni xalqının İkinci Dünya müharibəsinə töhfələri "qızıl xətlə" yazılıb. Əks-arqument: Eyni vaxtda həm Qızıl Orduya, həm də xaincəsinə Hitler Vermaxtına əsgər vermək "qızıl xətlə" yazılmış səhifə ola bilərmi?
5.Bəyanatdan: "Biz Qızıl Ordu sıralarında, kəşfiyyatda və və Müqavimət hərəkatında iştirak etmiş qəhrəman erməniləri xatırlayırıq. Onların qəhrəmanlığı və cəsurluğu Birinci Dünya müharibəsində ata-babalarının cəsarətinə uyğundur". Qızıl Ordu məsələsini dedik - eyni vaxta Qızıl Ordu ilə bərabər həm də Vermaxta əsgərlər vermək ancaq xəyanət əlaməti idi. Ermənilərin Böyük Vətən müharibəsinin kəşfiyyatındakı fəaliyyəti də "bətndə bic uşaq gəzdirməyə" bənzəyir. 1943-cü ildə Tehran konfransında SS generalı Otto Skorçeninin Stalinə, Ruzveltə və Çörçillə hazırladığı sui-qəsdin pozulmasını ağzının qıraqlarında ana südü hələ qurumamış19 yaşlı Vartanyan adlı guya "əfsanəvi" erməni sovet kəşfiyyatçısının adına yazmaq cəhdləri çoxdan ifşa olunub və sübut edilib ki, bu işdə əslən Bakıdan olan və son illərdə Bakıda vəfat etmiş azərbaycanlı kəşfiyyatçı əsas rollardan birini oynayıb.
6.Bəyanatdan:"Ermənistanda Böyük Vətən müharibəsinə aid 600-dən çox abidə var və qorunur". Əcəb qorunur. Bir tərəfdə Sovet İttifaqı Qəhrəmanı Aşot Əsriyanın, o biri tərəfdə faşist Njdenin və "Dro" ləqəbli faşist Drastamat Kanoyanın heykəlləri, onların yanına hansı məntiqlə qoyulmağa hazırlıq görüldüyü dinc antimüstəmləkəçi hind Mahatma Qandinin heykəlini isə hələ demirəm".

A.Quliyev vurğulayıb ki, Ermənistan SSR pasport qeydiyatlı azı 200 min etnik azərbaycanlı Böyük Vətən Müharibəsinə yollandığı və həlak olduğu halda, onların niyə bircə nəfərinin xatirəsi Ermənistanda əbədiləşdirilmədi? "Niyə bircə nəfər azərbaycanlının Sovet İttifaqı Qəhrəmanı adı almasına imkan verilmədi?
Ermənistanda bu reallıqları unutdurmaq istəyirlər. Prezident Əliyevin Rusiya KİV-nə "faşist Njde" və "Dro" barədə dediyi dəqiq faktlardakı Ermənistan XİN-ni sarsıdan mahiyyətlər budur".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə