"Yoluxanların sayının artmasının bir səbəbi də nağdsız ödənişlər problemidir" DEPUTAT

"Yoluxanların sayının artmasının bir səbəbi də nağdsız ödənişlər problemidir" DEPUTAT

“Pandemiya dövründə təhsil sistemində müəyyən problemlərlə qarşılaşmışıq. Belə ki, bəzi universitetlər bu gün distant təhsil sistemini qura bilməyiblər”. SİA-nın məlumatına görə, bunu Milli Məclisin deputatı Naqif Həmzəyev parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.

O bildirib ki, bu müddət ərzində universitetlərimizdə distant təhsil sistemini qurmağa çalışmalıyıq.

Qanunvericiliyə bununla bağlı müvafiq dəyişikliklərin edilməsini təklif edən deputat söyləyib ki, gələcəkdə belə problemlə qarşılaşanda təhsildə qətiyyən yubanma məsələsinin olmamasına çalışmalıyıq.

Son günlər ölkəmizdə yeni növ koronavorusa yoluxanların sayında artım müşahidə edildiyini xatırladan N.Həmzəyev qeyd edib ki, bunun bir səbəbi də nağdsız ödənişlər problemidir: “Bankların qarşısında çoxlu adam yığılır. Bu məsələ ilə bağlı da çox ciddi qərarlar qəbul edilməlidir. Əhali arasında maarifləndirmə işi aparılmalıdır ki, nağdsız ödənişlərə üstünlük versinlər”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə