Ermənistanda intihar və intihara cəhd halları artıb. SİA-nın xəbərinə görə, Ermənistanda çıxan "Hayots Aşkharh" qəzetinin məlumatında bildirilir ki, 2010-cu ildə Ermənistanda 2009-cu illə müqayisədə intihar və intihara cəhd halları 18,9 faiz artmışdır. Ümumilikdə 592 hadisə qeydə alınmışdır ki, bunun da 225-i intihar, 367-si isə intihara cəhd hadisəsi olub.
İntihara cəhd edənlər daha çox 18-29 və 30-65 yaş qruplarından olan insanlardır. Diqqəti çəkən digər bir fakt isə 18-29 yaş qrupunda intihara cəhd edənlərin 2009-cu illə müqayisədə 39 faiz artmasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB