"Əldə olunan müsbət nəticələr göz qabağındadır" ÖZƏL-MÜNASİBƏT

"Əldə olunan müsbət nəticələr göz qabağındadır" ÖZƏL-MÜNASİBƏT

"Ölkəmizdə koronavirus pandemiyası əleyhinə aparılan tədbirlərin ciddiliyi, səmərəliyi və əldə olunan müsbət nəticələr göz qabağındadır". Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mais Səfərli deyib.

Partiya sədrinin sözlərinə görə, istər bu təhlükəli infeksiyanin yayılmasının qarşısının alınmasında, istər koronavirusa yoluxmuş insanların müalicəsinin təşkilində, istərsə də epidemiyanın yaratdığı sosial-iqtisadi zərərlərin aradan qaldırılmasında ən kiçik detalları, ən xırda məsələləri belə nəzərdən qaçırmayın dövlət orqanlarımız neçə aylardır ki, gücləndirilmiş iş rejimində çalışırlar: "Lakin həm xaricdəki, həm ölkəmizdəki antiazərbaycan qüvvələr belə həssas bir vaxtda da yenə dövlətimizin gördüyü işlərə kölgə salmaq, gerçəkliyi təhrif etmək istəklərindən əl çəkmirlər. Bu işdə xüsusi səy göstərən "milli şuraçılar" və radikal müxalifətçilər ölkədə xaotik durum yaratmaq, adamları qızışdırmaq və öz təsirləri altına salmaq məqsədilə sosial şəbəkələrdə, xüsusilə də, "Youtube", "Facebook" üzərindən ötürülən internet televiziyalarında uzun-uzadı müzakirə aparır, ölkəmizdə görülən bütün işləri öz maraqlarına uyğun şəkildə "saf-çürük" edirlər. Təbii ki,insanlarımız bu ağ yalanlara inanmırlar. Əksinə, radikalların bu təbliğatı onların özlərinə qarşı xalqın nifrətini daha da artırır. Başda çür ola da bilməz. Çünki, yurddaşlarımız çox gözəl görür ki, hökumətinin həyata keçirdiyi bütün tədbirlər Konstitusiyamıza və qanunlarımıza uyğundur, ictimai maraqlara, milli və dövlət mənafeyinə xidmət edir, hər cür,o cümlədən, siyasi ayrı-seçkilikdən uzaqdır və yalnız bir məqsədə-əhalinin sağlamlığının və həyatının qorunmasına xidmət edir.

Hamıya bəllidir ki, bu gün hökümətin fəaliyyəti həmişəkindən daha şəffaf və hesabatlıdır. Mətbuata, vətəndaş cəmiyyətinə yaradılmış şərait görülən işlər üzərində ictimai nəzarəti daha da gücləndirir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə