Cəmil Həsənlinin siyasi riyakarlığı təsdiqini tapır

Təhmasib Novruzov: “Müxalif liderlər anlaqsız vəziyyətindədir”
Cəmil Həsənlinin siyasi riyakarlığı təsdiqini tapır

Şou qurmağa, məzhəkə yaratmağa adət edən AXCP sədri Əli Kərimli bu dəfə iddia edir ki, guya onun interneti kəsilib, telefonla danışıqlarına müəyyən məhdudiyyətlər qoyulub. “Milli Şura”nın sədri Cəmil Həsənli də özünün təbliğatını qurmaq üçün şər və böhtan kampaniyasınından istifadə edir. Söz yox ki, bu cür pozucu metodlardan istifadə etməklə, Ə.Kərimli və C.Həsənli ənənəvi ağalarının diqqətini növbəti şouları ilə cəlb etməyə çalışırlar. “Azadlıq Hərəkatçıları” Birliyinin sədri Təhmasib Novruzov “Səs” qəzetinə açıqlamasında bildirdi ki, xalq arasında gözəl bir deyim var. Aşığın sözü qurtaranda aman-aman deyər: “İstər Əli Kərimli olsun, istər Cəmil Həsənli, sözləri qurtaran aşıqlara bənzəyirlər. Dünyanın harasında nə qədər şər, böhtan, qeyri-etik mübarizə metodları varsa onların hamısından gen-bol istifadə ediblər. Həm də demokrartiyanın, söz azadlığının olmadığını bağıran bu siyasət dəllallarına bütün qeyri-etik davranışlarına, söyüş, təhqir dolu ifadələrinə görə gözlərinin üstümdə qaşlarının olduğunu xatırladan belə olmadı. İndi nə danışsınlar? Hakimiyyəti indi nədə suçlasınlar? Sivil ölkələrdə onların leksikonlarındakı ifadələrə görə məsuliyyət yaranır, qanun qarşısında cavab verməli olurlar. Bizim iqtidar bunlara qarşı onu da tətbiq eləmədi. Hətta bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbayca Respublikasının yeni Baş Prokuroru təyin edilmiş Kamran Əliyevi onlayn qəbul edərkən “Heç bir vətəndaş siyasi əqidəsinə görə təqib edilməməlidir” deməsi, bunların başına səpələnən qaynar su oldu. Dünyaya siyasi məhbuslar olduğundan danışan adamların bütün dezinformasiyalarına ölkə başçısı bir cümlə ilə siyasi iradə nümayiş etdirərək nöqtə qoydu”.

T.Novruzovun sözlərinə görə, ölkədə gedən saflaşma, sağlam idarəetmə tədbirləri, əhalinin sosial durumunun yaxşılaşdırılmasına yönəlik ardıcıl islahat paketləri xalqın Prezident ətrafında daha sıx birləşməsinə stimul verdi: “Belə bir durumda bu siyasət dəllalları nədən danışsınlar axı? Dünyanı bürüyən koronovirus bəlasına qarşı ölkəmizin dünyada nümunəvi metodlar tətbiq etməsi, hər bir vətəndaşın sosial durumunu nəzarətdə saxlaması, az müddətdə bu pandemiya ilə mübarizənin effektivliyini artırmaq üçün həyata keçirilən tibbi və texniki tədbirlər, bütün bunların qüsursuz yerinə yetirilməsi Azərbaycan haqqında hansısa formada dezinformasiyalar yaymağa da imkanları məhdudlaşdırdı. Belə olan təqdirdə deməyə, danışmağa sözləri olmayanların bundan daha effektli çıxış yolu tapa bilməmələri təbiidir. Bu yolla xaricdəki ağalarına mesaj verirlər ki, guya deməyə çox söz var, sadəcə imkan vermirlər, bütün danışmaq imkanlarımızın qarşısını alıblar. Qarşıdakı aylarda, illərdə onlardan daha yeni formalarda “mübarizə metodları” gözləməyinə dəyər. Çünki, həqiqətən ölkə başçısı elə ciddi inqilabi dəyişikliklərə start verib ki, özünü siyasətçi adlandıran hər adam bu sürətin qarşısında dözüm gətirmək iqtidarında ola bilməz, ola da bilməyəcək!”

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə