“Qoşulmama Hərəkatının Təmas Qrupunun dünən videokonfrans vasitəsilə keçirilən Zirvə toplantısına BMT–nin baş katibi, Afrika İttifaqının sədri, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru, Avropa İttifaqının ali nümayəndəsi kimi beynəlxalq arenda nüfuzlu simalar da qatılıb. Bu özlüyündə keçirilən görüşün vacibliyini diqqətə çatdırır. Lakin həmin simalar bu görüşə qatılmasa belə bütün hallarda həmin bu görüşün əhəmiyyətini azaltmayacaqdı”. Bunu SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
Politoloq bildirib ki, bu təşkilatda təxminən 120 ölkə iştirak edir və bu da dünya ölkələrinin əhəmiyyətli bir hissəsidir: “Əlbəttə bu formatda bir görüş digər təşkilatlar - BMT, ÜST tərəfindən diqqətdən kənarda qala bilməzdi. Çünki Qoşulmama Hərəkatının üzvləri onların əsas üzvlərindədir. Ona görə də, bu təşkilatların görüşdə iştirak etməsi onlar üçün çox vacib idi. Tədbirin əhəmiyyətli olmasının digər səbəbi bu fövqəladə tədbir idi. Təşkilatın tarixində ilk dəfə olaraq bu tədbir onlayn və böhranlı vəziyyətin müzakirəsi ətrafında keçirilib. Tərəflər də Azərbaycanın bu təşəbbüsünə dərhal cavab veriblər. Cənab Prezidentin də qeyd etdiyi kimi baxmayaraq ki, Azərbaycan həmin təşkilata sədrlik etdiyi zaman başqa tədbirlərin keçirilməsi nəzərdə tutuluraq, müəyyən qrafik tərtib olunub. Lakin pandemiya dünyadakı vəziyyəti və dünya reallıqlarını dəyişib. Azərbaycan dərhal təşkilatın gündəliyində dəyişiklik edib və həmin bu görüşü keçirib. Bu tədbirin keçirilməsinə də hərəkata üzv ölkələr dəstək nümayiş etdiriblər. Bu da onu göstərir ki, Azərbaycanın təşəbbüsü yerində və böyük əhəmiyyət kəsb edir”.
İ.Vəlizadə qeyd edib ki, cənab Prezident həmin görüşdə başqa bir təşəbbüs irəli sürüb: “Bu da BMT Baş Assambleyası çərçivəsində pandemiya ilə əlaqədar xüsusi plenar iclasın keçirilməsidir. Vurğulanıb ki, hər hansı bir ölkənin və ya təşkilatın pandemiyaya qarşı göstərdiyi səyləri yetərli deyil. Bu pandemiyanın qarşısının alınması üçün bütün dünyanın birgə səy göstərməsi vacibdir. Qeyd etmək lazımdır ki, Qoşulmama Hərəkatına üzv olan bir sıra dövlətlər zəif inkişaf etmiş ölkələrdir. Bu ölkələr də hazırki vəziyyət nəzərə alındıqda ən həssas qrupa daxildirlər. Bu ölkələrə diqqət xüsusilə vacibdir. Çünki həmin ölkələrin səhiyyə sistemi zəifdir və ara-sıra müxtəlif problemlər meydana çıxır. Bu problemli məsələlər dərhal həll edilməsə, çox böyük humanitar fəsadlarla nəticələnə bilər. Ona görə, Azərbaycanın təşəbbüsü çox əhəmiyyətli və vacib təşəbbüsdür. Düşünürəm ki, böyük və nüfuzlu təşkilatlar bu vəziyyətə bu tədbirdən sonra daha çox diqqət yetirəcək və yaranan problemlərin qarşısını almaq bir qədər asanlaşacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB