Britaniya parlamentinin Lordlar Palatasının vitse-spikeri Dağlıq Qarabağdadır...

Britaniya parlamentinin Lordlar Palatasının vitse-spikeri Dağlıq Qarabağdadır...
Böyük Britaniyanın Parlamentinin Lordlar Palatasının vitse-spikeri baronessa Kerolayn Koks bütüb qadağalara, Azərbaycan tərəfinin xəbərdarlığına baxmayaraq işğal olunmuş Dağlıq Qarabağa səfər edib. SİA-nın xarici mənbələrə istinadən verdiyi məlumata görə, baronessa artıq separatçıların başçısı Bako Saakyanla görüşüb. Qondarma qurumun binasında baş tutan görüşdə bir neçə məsələ müzakirə olunub. İkitərəfli münasibətlər, əməkdaşlıq, regional məsələlər və ən maraqlısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verən hadisələr müzakirə mövzusunda prioritet təşkil edib.
Bako Saakyan xanım Koksa "Arsax"ın mövqeyini həm Britaniya parlamentində, həm də Avropada layiqincə müdafiə etdiyi, "erməni soyqırımı"nın baş verdiyi haqda sərsəm ideyanı dəstəklədiyi üçün minnətdarlığını bildirib. Hər iki tərəf münasibətlərdən razı qaldığını ifadə ediblər.
Bu məlumat xarici mənbələrdən alınıb, məsələnin tam təfsilatı yəqin ki, yaxın saatlarda bəlli olacaq. Nəzər alsaq ki, bu artıq Koksun işğal olunmuş Azərbaycan torpaqlarına birinci səfəri deyil və hər dəfə də rəsmi Bakının etirazlarına heç bir məhəl qoyulmur, onda hadisəyə həm rəsmi, həm də qeyri-rəsmi olaraq fərqli mövqedən yanaşmaq lazımdır. Belə olan halda tam məsuliyyətlə demək olar ki, Koks Britaniyada yüksək mövqe tutmasıma baxmayaraq separatizmlə məşğuldur, onun terrora dəstək verənlərdən heç bir fərqi yoxdur. Baxmayaraq ki, Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən SİA-nı Koksun rəsmi nümayəndə olmadığına inandırmağa çalışıblar, fərq etməz, fakt budur ki, Britaniya təəbəsi beynəlxalq qanunlara tüpürür, 20 ildən artıq davam edən münaqişənin yenidən alovlanması üçün fitil rolunu oynayır, erməni separatçılarına, terrorçulara, uşaq qatillərinə dəstək olur, ölkəsinin mövqeyini nümayiş etdirir. 
Xarici İşlər Nazirliyinin rəsmisi Elxan Poluxov məsələyə münasibət bildirərkən deyib ki, baş verənlərin araşdırılması üçün Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə tapşırıqlar verilib. Əgər faktın döğruluğu öz təsdiqini taparsa, həmin nümayəndə heyətinə daxil olanların hamısı "qara siyahı"ya salınacaq.
Fikrimizcə "qara siyahı" məsələsi işin bir tərəfidir. Əsas odur ki buna oxşar səfərlər yenidən təkrarlanmasın, Dağlıq Qarabağa səfər edənlər öncədən məlumatlandırılsınlar. Bu iş, əlbəttə, səfirliklərin birbaşa vəzifəsidir. Dünən Dağlıq Qarabağı işğal edənlər bu gün onun beynəlxaq səviyyədə tadınmasına çalışırlar. Bunun üçün müxtəlif variantlardan istifadə olunur. Turist səfərlərinin təşkili, biznes layihələrinin gerçıkləşməsi, müxtəlif "humanitar aksiyalar" bu qəbildəndir. Hər ölkədə bir axmağın olması yenilik deyil. Amma iki böyük ölkənin parlamentinin vitse-spikerlərinin (Kerolayn Koks və Vladimir Jirinovski) sərsəm hərəkətləri və buna həmin ölkə rəsmilərinin ciddi reksiya verməməsi hamını düşündürməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə