“Məlum olduğu kimi, Ermənistan iqtisadiyyatının 35%-ni kənd təsərrüfatı təşkil edir və bu sahədə 600 min insan çalışır”. SİA xəbər verir ki, bu barədə ermənilərin “Past” qəzeti yazır.
Lakin qəzet qeyd edir ki, ötən ilin əvvəlində Ermənistan hakimiyyəti siyasi optimallaşdırma çərçivəsində nazirliklərin sayını azaltdı, o cümlədən, hazırda iqtisadiyyat nazirliyi ilə birləşdirilmiş kənd təsərrüfatı nazirliyi də ləğv edilən nazirliklər sırasına daxil oldu. Bu isə sözügedən sfera ilə bağlı fəaliyyət göstərən mütəxəssislərin sərt tənqidinə səbəb oldu.
Nəşrin məlumatına görə, son vaxtlar hökumətdə kənd təsərrüfatı məhsullarının həcminin artırılması ilə bağlı intensiv müzakirələr aparılır, bu sahəyə diqqətin artırılması ilə bağlı fikirlər səsləndirilir.
“Bizim mənbələrin qeyd etdiklərinə görə, kənd təsərrüfatının ayrıca vahid olaraq bərpası müzakirəsi aparılır, çünki qida təhlükəsizliyinin təminatsızlığı hazırkı mərhələdə ciddi problemlər yaradır”, yazan “Past” məsələyə tənqidi yanaşıb.
“Əvvəlcə nazirliyi bağlayırlar, sonra da kənd təsərrüfatı sahəsinin inkişafından danışırlar”, nəşr yazıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB