Ermənistanda daha 62 nəfər virusa yoluxdu

Ermənistanda daha 62 nəfər virusa yoluxdu

Bir qədər əvvəl Ermənistanın Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən Xəstəliklərin nəzarəti və profilaktikası mərkəzi ölkədə koronavirusa yoluxma halının növbəti statistikasını təqdim edib. SİA panorama.am-a istinadən xəbər verir ki, 27 aprel, bazar ertəsi günü saat 11:00-a olan məlumata görə, ölkədə virusa yoluxma halı 62 nəfər artaraq, 1808 rəqəmini təşkil edir.

Sutka ərzində 15 xəstə sağalıb, ümumilikdə isə onların sayı 848 nəfərdir. İnfeksiyadan bir nəfər ölüb.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə