Milli Məclisdə Hesablama Palatasının hesabatı dinləniləcək

Milli Məclisdə Hesablama Palatasının hesabatı dinləniləcək

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasının vaxtı açıqlanıb. SİA-nın xəbərinə görə, parlamentin növbəti plenar iclası mayın 1-də keçiriləcək.

Iclasda Azərbaycan Respublikası Hesablama Palatası 2019-cu ildə fəaliyyəti barədə hesabatı” müzakirəyə çıxarılacaq. Hesabatı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov təqdim edəcək.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə