Qırğızıstanın eks-prezidenti Almazbek Atambayev ötən ilin 7-8 avqustunda Çuy vilayətinin Koy-Taş kəndində baş vermiş və silahı insitendlə nəticələnmiş kütləvi iğtişaşlarla bağlı məhkəmə iclasında iştirak etməyi rədd edib. Özünün əsas fiqurant olduğu hadisələrlə bağlı məhkəmə iclasından imtina etməyin daha bir səbəbi onun sağlamlığında yaranmış problemlərdir. SİA tass.ru-ya istinadən xəbər verir ki, bununla bağlı onun vəkili Sergey Slesarev danışıb.
“Atambayev növbəti ərizə yazıb”, deyə qeyd edən vəkilin sözlərinə görə, onun müvəkkili qanunvericilik əsasında bu hüquqa malikdir. Slesarev həmçinin təsdiq edib ki, eks-prezidentin sağlamlığında problemlər yaranıb. “Heç cür onun təzyiqini stabilləşdirmək olmur”, deyə vəkil bildirib və ixtisaslaşmış tibbi yardıma, keyfiyyətli müayinəyə ehtiyacı olduğunu deyib.
Qeyd olunur ki, məhkəmə aprelin 22-də keçirilməliydi. Qırğızıstan dövlətinin keçmiş rəhbəri bundan imtina edib. Lakin hadisələrin digər keçmiş məmur fiqurantları da var. Onlar prezident aparatının sabiq rəhbəri Fərid Niyazov, eləcə də fəaliyyətdə olan parlament deputatları Asel Koduranova və İrina Karamuşkinadırlar. Məhkəmə öz işini aprelin 27-də bərpa edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB