"Radikal müxalifətçilər "koronovirus"a yoluxublar" YAP fəalı

"Radikal müxalifətçilər "koronovirus"a yoluxublar" YAP fəalı

“Hazırda dünya ölkələrində koronavirus pandemiyasına qarşı geniş şəkildə mübarizə aparılır. Hər bir dövlət bu təhdidə qarşı səfərbər olunub. Azərbaycanda da bu qlobal problemlə ciddi şəkildə mübarizə gedir”. Bu fikirləri SİA-ya YAP-ın gənc fəalı Hüseyn Qurbanov bildirib.

Onun sözlərinə görə, koronavirusun fəsadlarının azaldılması və ən əsası, əhalinin sağlamlığının qorunması üçün vacib tədbirlər həyata keçirilir: “Söz yox ki, bu məsələ Prezident İlham Əliyevin ciddi nəzarəti altındadır və dövlət ölkə əhalisinin sağlamlığının qorunması, iqtisadi sabitliyin pozulmaması üçün lazımi addımları atır. Əlbəttə ki, bu çətin vəziyyətdən çıxmaq üçün birlik və həmrəyliyimiz vacib şərtdir. Amma təəssüflər olsun ki, belə bir vaxtda radikal müxalifət ölkəmizdə yenə də, pozuculuq fəaliyyəti ilə məşğul olur. Radikallar, “beşinci kolon” bu dəfə də koronavirus infekasiyasından öz məqsədləri üçün istifadə etməyə çalışır. Belə ki, onlar bu bəladan istifadə edərək ölkədə sabitliyi pozmağa cəhd göstərirlər. Bütün dünyada pandemiya ilə bağlı qaydalar tətbiq olunur, Avropanın ən inkişaf etmiş ölkələrində xüsusi karantin rejimi tətbiq edilir, bu qaydaları pozan yüksək məbləğdə cərimə edilirlər. Belə bir şəraitdə Azərbaycanda da karantin rejiminin tətbiq olunması çox düzgün addımdır. Lakin radikallar, “5-ci kolon” bu addımlara öz məntiqləri ilə hüquq və azadlıqların məhdudlaşdırılması kimi yanaşırlar. Əlbəttə ki, bu iddiaların heç bir əsası yoxdur”.

“Bu fakt bir daha təsdiqləyir ki, radikal müxalifətin, “milli şura” deyilən qurumun Azərbaycan xalqına heç bir aidiyyatı yoxdur”, bildirən YAP fəalı əlavə edib ki, onlar hətta bütün əhali üçün böyük təhlükə mənbəyi olan koronovirus infeksiyasından öz çirkin məqsədləri üçün istifadə etməkdən çəkinmirlər: “Onların proseslərə məlum yanaşması vətəndaş kimi məndə belə bir təəssürat yaradır ki, radikal müxalifət təmsilçiləri öz məntiqlərində koronovirusa yoluxublar. Azərbaycan xalqı bu ünsürləri çoxdan rədd edib və belələrinə ölkəmizin siyasi səhnəsində yer yoxdur. Eləcə də, xaricdəki antiazərbaycançı qüvvələrin əlində alət, “oyuncaq” olan sapı özümüzdən olan baltalara cəmiyyətimizdə böyük nifrət var. Çünki erməni lobbisinin pulu ilə öz dövlətinə qarşı şər və böhtan kampaniyası aparanlara münasibət belə olmalıdır. Onlar hər hansı iddia, “bəyanat” səsləndirərkən yalnız özləri deyib-özləri eşidirlər. Cəmiyyətimizdə onların heç bir dayağı yoxdur və bundan sonra da olmayacaq”.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə