Obama yenə “soyqırımı” deməyəcək

Obama yenə “soyqırımı” deməyəcək

ABŞ prezidenti Barak Obama ənənəvi 24 aprel nitqində yenə də "soyqırım" ifadəsini işlətməyəcək. SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumatına görə, bu sözləri Ermənistan Miras Partiyasından olan millət vəkili Larisa Alaverdyan deyib.

 

ABŞ-ın gündəmində erməni iddialarının olmadığını vurğulayan Alaverdyan əksinə Obamanın Türkiyə-Ermənistan əlaqələrinin inkişafı üçün çalışdığını ifadə edib. O, bildirib ki, Ermənistan ABŞ prezidentinin "soyqırımı" ifadəsini işlətməməsini Türkiyənin siyasi qələbə kimi olaraq təqdim etməsinə mane olmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə