Özbəkistan Maliyyə Nazirliyi nəzdində Büdcəxarici pensiya fondunun sabiq icraçı direktoru Bahrom Əşrəfxanov bu ölkənin Azərbaycandakı səfiri təyin edilib. SİA-ya bu barədə Özbəkistan Xarici İşlər Nazirliyinə istinadən məlumat verir.
Yeni təyin olunan səfir aprelin 14-də Bakıya gəlib.
Qeyd edək ki, o, 2020-ci ilin martınadək Büdcəxarici pensiya fondunun icraçı direktoru vəzifəsində işləyib. 2016-2018-ci illərdə Özbəkistanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB