Avropaya yük daşınmasında Azərbaycanın rolu qat-qat artıb ÖZƏL - AÇIQLAMA

Avropaya yük daşınmasında Azərbaycanın rolu qat-qat artıb ÖZƏL - AÇIQLAMA

"Prezident İlham Əliyevin bu təşəbbüsü koronavirus pandemiyası ilə mübarizə dövründə Türk Şurasına daxil olan dövlətlərin əməkdaşlığının hansı çərçivədə genişləndiriləcəyi, perspektivdə görüləcək işlər və təcrübə mübadiləsi ilə biri-birinə dəstək və s. bu kimi məsələlərin müzakirəsinə həsr olunmuşdu". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı Prezident İlham Əliyevin Türk Şurasının videokonfrans vasitəsilə keçirilən fövqəladə Zirvə görüşündəki nitqi ilə bağlı fikirlərini bildirərkən deyib.

Onun sözlərinə görə, Türk Şurasının fövqəladə Zirvə toplantısında Prezident İlham Əliyev həm Şuraya sədr seçilib, həm də ümumiyyətlə ötən dövr ərzində ölkə Prezidenti beynəlxalq aləmdə Türk Şurasının əhəmiyyətinin artmasında çox ciddi səylər göstərib: "Dünyanı bürüyən bu qlobal koronavirus pandemiyası fonunda Prezident İlham Əliyev baxmayaraq ki, bütün beynəlxalq təşkilatlar öz fəaliyyətini dayandırmışdı, belə bir qlobal təhlükə fonunda əməkdaşlığın, iş birliyinin, biri-birinə dəstəyin, çox böyük təcrübə mübadiləsinə ehtiyac olduğunu bildirdi. Bu Zirvə görüşü həm Prezident İlham Əliyevin təşəbüsü ilə edildi, həm də dünyada gedən prosesləri, eləcə də bölgədə pandemiyanın ölkələrə vurduğu acı təsirlər müzakirə edildi. Prezident vurğuladı ki, belə bir dövrdə hər kəs özünə qapanıb mübarizəni davam etdirə bilməz. Ən uğurlu tədbirin alınması məqsədilə biri-biri ilə əməkdaşlıq etmək və gələcək üçün Türk Şurasına daxil olan dövlətlər arasında iş birliyinin daha da gücləndirilməsinə ehtiyac var".

Millət vəkili bildirib ki, dünyada koronavirus qeydiyyata alınan gündən etibarən ölkəmizdə çox ciddi işlər görülmüşdür və Ümumdünya Səhiyyə Təşkilatı ilə də bu istiqamətdə nümunəvi əməkdaşlığımız var: "Ümumdünya Səhiyyə Təşkilatının əməkdaşları, ekspertləri də Azərbaycana dəvət olunmuşdur. Dünyada pandemiya yayılmağa başladığı gündən etibarən Azərbaycanda heç bir təhlükə olmadığı halda dövlət rəhbərliyi bütün qabaqlayıcı profilaktik, ümumiləşdirilmiş tədbirləri və ən az itkilərlə bu mübarizəni davam etdirmək üzrə bütün tədbirlərə güclü resuslarını səfərbər etmişdir. Beynəlxaq ekspetlər də Azərbaycanda mübarizə fonunda görülən işləri yüksək qiymətləndirmişlər. Ümumiyyətlə, Azərbaycan bütün beynəlxalq təşkilatlarda ən etibarlı əməkdaş hesab edilir və təqdir olunur.

Türk Şurasının onlayn videokonfransında da Azərbaycanda görülən işlər haqqında ətraflı məlumat verildi. Türk Şurasının əməkdaşlığının daha da güclənməsinə, eyni soy-kökə, ortaq milli dəyərlərə, tarixə, mədəniyyətə malik bu qardaş xalqlar arasında iş birliyinin daha da genişləndirilməsinə nail olmaqla bütün məsələlərdə bir cəbhədən, bir təcrübədən insanlarımızı səfərbər edərək daha çox uğurlara imza ata bilərik".

Məlahət İbrahimqızı qeyd edib ki, Mərkəzi Asiya, Türkiyə və oradan da Avropaya yük daşınmasında Azərbaycanın rolu bu gün qat-qat artıb: "Azərbaycan Türk Şurası ölkələrinin Avropaya çıxışının da təminatı olan dövlətdir və eyni zamanda daşımaçılıqda da Türk Şurası dövlətləri ilə əməkdaşlığın daha da genişləndirlməsi böyük töhvələr verə bilər".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə