Müxalifət virusa yoluxmaq istəyir? TƏRS BAXIŞ

Və ya “tələblərin” heç biri məntiqə sığmır

Ölkədə ciddi karantin rejimi tətbiq olunsa da, təəssüf ki, bəzi məsuliyyətsiz şəxslər reallığı düşünməyərək, vəziyyətin gərginləşməsinə dırnaqrarası töhfələrini verməkdədirlər. Halbuki, Nazirlər Kabineti yanında fəaliyyət göstərən operativ qərargahın rəsmiləri gündəlik olaraq vətəndaşları, insanları öz və ətraflarının həyatlarının təhlükəli virusdan qorunması üçün tətbiq edilən rejimə riayət etməyi tələb edir. Ancaq əfsuslar olsun ki, bəzi insanlar bu tələblərə barmaqarası baxmaqla, situasiyanın daha da gərginləşməsinə səbəb olmaqdadırlar. Bütün bunlar öz yerində və söz yox ki, qanunlar çərçivəsində daha kəskin ölçülərin götürülməsi mütləq mənaya doğru getməkdədir.

Söz yox ki, belə gülünc iddiaların əsassızlığını sağlam düşıüncəli insanlar bilir və həmin sərsəm bəyanatları rədd edirlər...

Ancaq daha bir məqam, siyasi müxalifətin bəzi dairələrinin bu məsələdə tamamilə yanlış mövqe sərgiləmələri ilə bağlıdır. Bir neçə gün əvvəl biz düşərgənin radikal qanadının - “Milli Şura”nın məntiqsiz bəyanatının şahidi olduq. Hətta ümummilli məsələdə belə, öz çirkin siyasi dividentlərini güdən bir qrup dağıdıcı ünsür hakimiyyətin koronavirusla mübarizədəki fəaliyyətinə öz məkrli maraqlarına uyğun ləkələr atır, bu vasitə ilə guya fəaliyyətlərinin “məhdudlaşçdırıldığını” iddia edirlər. Söz yox ki, bu məsələdə dayanan əsas nəzərəçarpan fakt “beşinci kolon” ünsürlərinin vəziyyətdən sui-istifadə edib, erməni daydaylarına xidmət etmələridir. Söz yox ki, belə gülünc iddiaların əsassızlığını sağlam düşıüncəli insanlar bilir və həmin sərsəm bəyanatları rədd edirlər.

Lakin bu arada, digər müxalifət partiyalarının da virtual toplantı keçirib bəzi iddialarda bulunmaları paritya rəhbərlərinin dərin düşüncəyə sahib olmadıqlarını açşıq-aşkar sərgiləməkdədir.

Məgər siyasi partiya rəhbərlərinin fəaliyyətləri indiki halda bu qədərmi vacibdir ki, onların müxalifətçilik mövqeləri barədə ictimai rəy maqralansın?

Məsələn, bir neçə gün əvvəl ADP-nin idarə heyəti ölkədə elan olunmuş karantin rejimi çərçivəsində siyasi fəaliyyətin məhdudlaşdırılması məsələsini də müzakirə edib. Belə ki, həmin uğursuz iddialarda bildirilir ki, indiki karantin rejimində siyasi partiyaların rəhbərliyinə daxil olan şəxslərin hərəkətinin məhdudlaşdırılması guya (!) ölkədə siyasi partiyaların fəaliyyətinin məhdudlaşdırılması anlamına gəlir ki, bu da “siyasi partiyaların fəaliyyətini tənzimləyən mövcud qanunvericiliyin tələblərinin kobud şəkildə pozulmasıdır” (?!-R.N.)

Bu zaman sual yaranır, məgər siyasi partiya rəhbərlərinin fəaliyyətləri indiki halda bu qədərmi vacibdir ki, onların müxalifətçilik mövqeləri barədə ictimai rəy maqralansın? Çünki həm dövlət, həm də xalq yalnız bir istiqamətə köklənib – koronavirusla mübarizəyə və onun qısa zamanda aradan qaldırılmasına. Müxalifətyönlü partiyaların fəaliyyətlərinə isə bu ərəfələrdə heç bir ehtiyac da yoxdur. Yaxud, həmin partiyaların rəhbərliklərinin mübarizə kontekstində hər hansı bir təklifləri, təşəbbüsləri olsa belə, bunu virtual qaydada da çatdıra bilərlər. Çünki bu gün hətta dövlətin aparıcı qurum və təşkilatları belə, virtual qaydada tooplantılar keçirib, mülahizələrini irəli sürməkdədirlər. Bu baxımdan, ADP-nin də digər müxalif təşkilatlar kimi, üzvlərinin sərbəst hərəkətinə şərait yaratmaq tələbləri yersizdir.

Sonda isə daha bir məsələni də diqqətə çatdıra bilərik ki, bu gün ölkə rəhbərliyinin təşəbbüsü ilə həmrəylik mesajları verilir və bu mesajları dərk edən qəbul edənlər əlbəyyə ki, həm də məsuliyyət hiss edən vətəndaşlardırlar. Dərk etməyənlər isə, öz mənfəətlərini güdən siyasətbazlardırlar ki, onlar hətta çətin dövrdə belə şəxsi maraqlarını güdməyə çalışırlar. Ancaq əbəs yerə, çünki bu cəhdlərin heç biri ciddiyə alınmır və qəbul olunmur. Ta o zamana qədər ki, koronavirus təhlükəsi ölkəmizdən və xaqlımızdan yan keçənə qədər...

Rövşən NURƏDDİNOĞLİ

P.S. Sağlıq olsun, bu təhlükə bitdikdən sonra isatər ADP, istərsə də digər müxalifət partiya və qurumları istədikləri kimi fəaliyyətlərini davam etdirəcəklər. Əlbəttə ki, özlərini virusdan qoruyub, sağlamlıqlarını mühafizə etməyi baxarsalar...

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...