Humbolt-Berlin Universitetinin profesoru Eva Mariya Aux SAM-ın qonağı olub

Humbolt-Berlin Universitetinin profesoru Eva Mariya Aux SAM-ın qonağı olub

Aprelin 14-də Almaniyanın Humbolt-Berlin Universitetinin "Azərbaycan tarixi" kafedrasının müdiri, professor Eva Mariya Aux Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) olmuş və direktor müavini Gülşən Paşayeva ilə görüşüb. Mərkəzdən SİA-ya verilən qonağı görə, SAM-da görməkdən məmnunluğunu ifadə edən Gülşən Paşayeva qonağa Mərkəzin fəaliyyəti – nəşr edilmiş elmi dərgilər, yerli və beynəlxalq əhəmiyyətli tədbirlər və perspektivli layihələr haqqında məlumat verib.


Humbolt Universitetinin "Azərbaycan tarixi" kafedrasında Azərbaycan tarixi və mədəniyyətinin tədrisi barədə söhbət açan qonaq, universitet tələbələrinin Azərbaycanı daha yaxından tanımaları istiqamətində bir sıra tədbirlərin həyata keçirilməsinin planlaşdırdığını bildirib. Eva Mariya Aux filologiya üzrə fəlsəfə doktoru Gülşən Paşayevanı Universitetdə mühazirə deməyə dəvət edib.


Söhbət zamanı Azərbaycanla Almaniya Federativ Respublikası arasında münasibətlərinin müxtəlif sahələrdə inkişafından məmnunluq bildirilərək, bu münasibətlərin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub. Humanitar sahədə əməkdaşlığın inkişaf etdirilməsinin, elm, təhsil, xüsusilə iki ölkənin "beyin mərkəzləri" arasında elmi-tədqiqat sahəsində müxtəlif layihələrin və tədbirlərin həyata keçirilməsinin zərurəti qeyd edilib.


Görüşdə həmçinin regional və beynəlxalq məsələlər və bir sıra qarşılıqlı maraq kəsb edən mövzular ətrafında da fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə