Rəsmi Berlin qondarma "seçkilər"i və onun nəticələrini tanımır

Almaniya Federal Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Orta Asiya ölkələri üzrə müvəkkili Mixael Zibert Ermənistanın işğalı altında olan Dağlıq Qarabağda keçirilən qondarma seçkilərlə bağlı bəyanat verib. SİA-nın məlumatına görə, bəyanatda deyilir: "Biz dünən Dağlıq Qarabağda keçirilən qondarma "prezident və parlament seçkiləri"nin qanuni çərçivəsini tanımırıq. Həm seçkilər, həm də onların nəticələri qanunsuz sayılır".

Qeyd edək ki, martın 31-də Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazisində - Dağlıq Qarabağda qondarma rejim tərəfindən "prezident və parlament" seçkiləri keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə