"PAST": "Parlamentdə əhmiyyətsiz məsələlər gündəmə salınıb"

Ermənistanın "Past" qəzetinin yazdığına görə, ölkədəki infeksion vəziyyətin ağır olmasına baxmayaraq, parlament dörd günlük iclasını keçirməyə davam edir. SİA xəbər verir ki, erməni nəşrinin yazdığına görə, indiki vəziyyətdə buna ehtiyac da yoxdur. "İlk baxışdan elə bir təəssürat yaranır ki, parlamentdə təxirəsalınmaz məsələlər yığılıb-qalıb və hökumət fövqəladə vəziyyətdə belə onları həll etməlidir. Lakin nə qədər qəribə görünsə də, parlamentin gündəliyinə nəzər salarkən aydın olur ki, bu sıravi gündəlikdir və heç bir əhəmiyyət kəsb edən məsələlərə aid deyil", erməni nəşri yazır.

"Əlbəttə, dövlət üçün istənilən məsələ mühümdür", yazan "Past" onu da qeyd edir ki, gündəlikdə dayanan məsələlərin əhəmiyyəti yoxdur və onları iki həftəliyinə təxirə salmaq da olar: "Həm də belə bir görüntü yaranır ki, sanki gündəlik süni şəkildə doldurulub. Təki, dördgünlük iclaslarda nəyisə müzakirə etmək olsun".

Nəşr hakim komandanın deputatlarının da süni fəallıq göstərdiklərini qeyd edib. "Bu da əvvəlcədən hazırlanmış janrın tərkib hissəsidir", erməni qəzeti yazır.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə