"Prezident çox çevik və vaxtında addımlar atır" ÖZƏL-MÜNASİBƏT

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ümumiyyətlə koronovirus pandemiyası məsələsi ortaya çıxandan həqiqətən də çox çevik və vaxtında addımlar atır. Bu bir daha onu göstərir ki, Prezident İlham Əliyev sözdə deyil, əməldə hər bir azərbaycanlının Prezidenti kimi davranır". Bunu SİA-ya siyasi şərhçi Azər Həsrət deyib.

Siyasi şərhçinin sözlərinə görə, dövlət başçısı istər ölkə daxilində, istərsə də ölkə xaricində olan vətəndaşlarımıza sahiblənir: "Əlbəttə ki, Azərbaycanın dövlət olaraq maliyyə imkanlarının yüksək olması, ümumiyyətlə, uzun illərdir haqqında danışdığımız iqtisadi inkişaf bizə imkan verir ki, bu cür çevik davrana bilək. Yəni Azərbaycan Prezidenti həqiqətən də indiki mərhələdə çox inamlı görünür. Təbii ki, bu da səbəbsiz deyil. Qeyd etdiyimiz kimi iqtisadi imkanlarımızın yüksək olması, Azərbaycan dövlətinin möhkəm ayaqlar üstündə durması istər ordu, istərsə də hər hansı fövqəladə hallarda hərəkətə keçə biləcək qüvvələrin səfərbər edilməsi baxımından bizim hər şeyimiz yüksək səviyyədədir. Təbii ki, iqtisadi, maliyyə imkanların da yüksək olması bizim daha da rahat nəfəs ala bilməyimiz üçün əlavə şərtlərdir. Yəni bilirik ki, Neft Fondunda 50 milyard dollar məbləğində ehtiyatımız var. Azərbaycanın taxıl fondunda ehtiyatımız var. Ümumiyyətlə ölkənin ərzaqla təmin edilməsi, həm də uzun bir müddət təmin edilə bilməsi üçün kifayət qədər imkanlar var. Əlbəttə ki, maliyyənin varlığı nəticə etibarilə bu pandemiyanın daha az itkilərlə minimum zərərlə aradan qaldırılması və yaxud da sovuşdurulmasına imka verəcək. Bu baxımdan cənab Prezident doğru vurğulayır ki, Azərbaycan həqiqətən də özünə güvənən, əsasən öz gücünə arxalanan bir dövlət olaraq bu prosesdən minimum itki ilə çıxa biləcək".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...