Radikal müxalifət partiyalarının daha 13 rayon təşkilatı özünü buraxdı - FAKT
Səs İnformasiya Agentliyinə daxil olan məlumata görə, radikal müxalifətin ictimai-siyasi sabitliyi pozmaq, ictimai həyatı iflic vəziyyətə salmaq cəhdlərinə etiraz olaraq respublikanın daha 11 şəhər və rayonunda radikal müxalifət partiyalarının 13 yerli təşkilatı özünü buraxdığını bəyan edib. Müsavat partiyasının Laçın, Lerik, Samux, AXCP-nin Xocalı, Şəmkir, AMİP-in Ağdaş, Balakən, İsmayıllı, Qusar, Laçın, Lerik, ADP-nin Şabran və Xalq partiyasının Şirvan rayon təşkilatı özlərini buraxıblar.
Ümumilikdə, son iki gündə respublikanın 30 şəhər və rayonunda radikal müxalifət partiyalarının 33 rayon təşkilatı özlərini buraxdıqlarını bəyan ediblər.
Aprelin 5-dən başlayaraq radikal müxalifət partiyalarının sıralarını kütləvi tərk etmə halları bu gün də davam edib. Aprelin 12-də Müsavat, AXCP, AMİP və KXCP-nin ümumilikdə 31 üzvü təmsil olunduqları qurumların sıralarından çıxdıqlarını bəyan ediblər.
Xatırladaq ki, son 7 gündə 1024 nəfər Müsavat, AXCP, AMİP, KXCP, Ümid, ALP, ADP və Xalq partiyasının sıralarını tərk etdiyi barədə bəyanat verib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB