"İstəyimiz Azərbaycan xalqının virusdan uzaq olmasıdır” RƏY-ÖZƏL

"İstəyimiz Azərbaycan xalqının virusdan uzaq olmasıdır” RƏY-ÖZƏL

“Əgər bu gün dünyanın əksər ölkələri koronavirusla mübarizəyə qalxıbsa və həmin ölkələrdə ən mühüm tədbirlər təxirə salınırsa Azərbaycan da dünyanın bir parçası olaraq bu istiqamətdə addımlar atır. Ölkə vətəndaşlarının rifahı üçün bu mühüm və vacibdir”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

O bildirib ki, koronavirus dünya iqtisadiyyatı ilə yanaşı, Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyəcək: “Lakin insanların rifahı, sağlamlığı önəmlidir. İclasların, tədbirlərin təxirə salınmasını qarşıdakı aylarda konpensasiya edə bilərik. Əsas istəyimiz Azərbaycan xalqının bu virusdan, xəstəliklərdən uzaq olmasıdır”.

T. Rzayev söyləyib ki, hər kəs ehtiyatlı olmalı, qorunmaq üçün kütləvi yerlərdən uzaq olmalıyıq.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə