Radikal müxalifətdə istefalar davam edir

Radikal müxalifətdə istefalar davam edir

İctimai Palataya daxil olan partiyaların 2 aprel tarixində mitinq keçirmək cəhdinə etiraz əlaməti olaraq həmin partiyalardan istefa verənlərin sayı artmaqdadır. SİA-nın məlumatına görə, aprelin 2-dən keçən vaxt ərzində yüzlərlə istefanın qeydə alındığı Azərbaycan Xalq Cəbhəsi (AXCP) və Müsavat partiyalarından daha 10 nəfər istefa verib. Onlar sözügedən partiyaların Şirvan şəhər təşkilatındandır. Həmin şəhərdə qeydə alınan daha bir istefa isə Azərbaycan Xalq Partiyasından (AXP) olub.

 

İmişli rayonundan 7 nəfər Müsavat, AXCP, AXP və Azərbaycan Milli İstiqlal (AMİP) partiyalarının üzvləri partiya sıralarından çıxmaları barədə bəyanat verib. Onlardan 3-ü Müsavat, 2-i AXCP, 1-i AMİP, daha 1-i isə AXP-dəndir.

Bütün xəbərlər Facebook səhifəmizdə