Azərbaycan sərhədçiləri axtarışda olan 117 nəfəri saxlayıb

Azərbaycan sərhədçiləri axtarışda olan 117 nəfəri saxlayıb

Ötən ay Azərbaycan sərhədçiləri axtarışda olan 117 nəfəri saxlayıblar.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən SİA-ya verilən məlumata görə, saxlanılan şəxslər hüquq-mühafizə orqanlarına təhvil verilib.

Mart ayı ərzində 44 halda dövlət sərhədinin pozulmasının qarşısı alınıb, nəticədə 85 nəfər saxlanılıb.

Sərhəd rejimi qaydalarını pozduqlarına görə, 37 halda 69 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

Tutulan sərhəd pozucularının 49 nəfəri Azərbaycan, 8-i Əfqanıstan, 5-i İran, 3-ü Gürcüstan, 2-si Rusiya, 1-i Türkiyə və 1-i Qazaxıstan vətəndaşlarıdır.

Sərhəd rejimi qaydalarını pozudqları üçün sərhədin yaşıl sahəsində 14 halda 26 nəfər, Xəzər dənizində sahilboyu rejim qaydalarını pozduqları üçün 13 halda 21 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

Martda sərhədçilər qanunsuz dövriyyədən 10 halda 5 kiloqramdan artıq narkotik maddə çıxarıblar.

Həmçinin 74 halda ümumi dəyəri 164 min manat olan qaçaqmal saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə