Gəncədə Nəriman Həsənzadənin 80 illik yubileyi qeyd olunub - FOTOSLAYD

Gəncədə Nəriman Həsənzadənin 80 illik yubileyi qeyd olunub - FOTOSLAYD

Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan, xalq şairi Nəriman Həsənzadənin Gəncə şəhərində təşkil edilən 80 illik yubileyində şəhər ictimaiyyəti, dramaturqun qələm dostları ilə yanaşı, bir zamanlar oxuduğu ali təhsil ocağının kollektivi də iştirak edib.

 

Tədbirdə yazıçı və publisisti təbrik edən natiqlər söz ustadının Azərbaycan ədəbiyyatında olan xüsusi yerindən danışıblar. Bildirilib ki, şair Nəriman Həsənzadə yaradıcılığı Azərbaycan poeziyasının önəmli bir hissəsini əhatə edir. Öz nəcib, gözəl şeirləri ilə oxucuların qəlbinə yol tapan şair vətənpərvərlik, sevgi, dövrünün ictimai-siyasi mövzularını qələmə alıb.

 

Nəriman Həsənzadənin qadınlara verdiyi yüksək dəyər şeirlərində xüsusi ilə əksini tapır. Yubliyarla Gəncə şəhərini sıx tarixi tellər bağlayır. O, ali təhsilini Gəncə Pedaqoji İnstitutunda alıb. Nəriman Həsənzadə "Xalq şairi", "Şöhrət" ordeni kimi fəxri adlara, mükafatlara sahibdir. Şair yüzlərlə şeirin, bir çox poemaların müəllifidir.

 

Tədbirdə həmçinin, şairin həyat və yaradıcılığından bəhs edən sənədli film nümayiş etdirilib, şeirlərindən parçalar səsləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə