Azərbaycanın Lənkəran şəhərində zəlzələ baş verib. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən SİA-ya verilən məlumata görə, zəlzələ aprelin 6-da saat 01.03-də Lənkəran şəhərindən 15 km şimali-qərbdə qeydə alınıb. Episentrdə zəlzələnin gücü 12 ballıq cədvəl üzrə 3 bal, Lənkəranda 2.5 bal, Masallıda 2 bal gücündə hiss edilib.
Zəlzələnin maqnitudası 3.00, dərinliyi 32 km olub. İnsan itkisi və tikililərdə dağıntı yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB