ABŞ Liviyaya qarşı beynəlxalq əməliyyatlardakı hərbi təyyarələrini və "Tomahawk" raketlərini geri çəkib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ABŞ Müdafiə Nazirliyi son iki gündə ABŞ təyyarələrinin yalnız iki hava hücumu həyata keçirdiyini, "Tomahawk" raketlərindən isə ümumiyyətlə, istifadə olunmadığını bildirilib.
Əməliyyatların əmrinin NATO-dan alındığı qeyd olunan açıqlamada ABŞ-ın bundan sonra əməliyyatlara yalnız məlumatların ötürülməsi, kəşfiyyat, havada yanacaq nəqli və düşmənin radar və simsiz əlaqəsinə maneə törədəcək təyyarələrlə qatılacağı yer alıb. Açıqlamada həmçinin vurğulanıb ki, NATO-dan təklif gəldiyi halda ABŞ ordusu yenidən hava hücumlarında iştirak edə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB