Xəzər Universiteti həqiqətən dövlət ali təhsil müəssisəsinə çevrildimi?
Son günlər ölkə ərazisində müzakirə olunan məsələlərdən biri də özəl ali məktəblərdən biri olan Xəzər Universitetinin dövlət ali məktəbi statusu almasıdır. Məlumatlara görə, Xəzər Universiteti dövlət ali məktəbi statusunu almaq məqsədilə Təhsil Nazirliyinə müraciət edib və qarşı tərəfdən bu məsələ ilə bağlı müsbət cavab verilib. Tələbələrin əksəriyyəti bu il təhsili başa vuracaq gənclərin dövlət ali məktəbi diplomu alacağını söyləyirlər. Bu və ya digər məsələlərə aydınlıq gətirmək üçün universitetlə əlaqə saxladıq. Xəzər Universitetinin təsisçisi-qurucusu Hamlet İsaxanlı ölkədən kənarda olduğundan bununla bağlı hər hansı bir açıqlama verə bilməyəcəyini deyib.
Universitetin mətbuat xidmətinin rəhbəri Əlövsət Əmirbəyli isə SİA-ya açıqlamasında bu məlumatların əsassız olduğunu söyləyib. O bildirib ki, elə bir hadisə baş verməyib və bunların hamısı həqiqətə uyğun gəlmir: "Ötən ildən etibarən universitetdə adambaşına maliyyələşmə mexanizmi tətbiq olunur. Amma bu o demək deyil ki, universitet dövlət statusu alır. Bu tamam başqa bir şeydir. Tələbələr bunu yanlış başa düşüblər.Universitetdə təhsil alan tələbələr də bununla bağlı dəfələrlə soruşub və biz onlara məsələnin izahını vermişik. Universitet Azərbaycanın ilk özəl ali məktəbidir və indi də elə formada tədrisini davam etdirir. Universitetin dövlət ali təhsil müəssisəsi alması ilə bağlı Təhsil Nazirliyinə heç bir müraciət daxil olmayıb. Ötən ilin sentyabrdan bizim universitetdə təhsil almağa gələn 26 tələbənin pulunu dövlət ödəyir. Artıq Xəzər və Qafqaz universitetlərində bu formaya keçilib. Tələbələr elə başa düşüb ki, dövlət bizə təhsil haqqını ödəyirsə, yəqin ki, universitet dövlət statusu alıb. Ancaq əslində elə deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB